
İnsan burnu təsadüfi nəticədə yaranıb
Digər
07.05.2017
Farid Pardashunas
Yaponiyalı alimlər insan burnunun iş prinsipi lə primatların
burunlarının iş prinsipini müqayisə ediblər. Məlum olub ki, insan burnunun
forması təkamül zamanı təsadüfi nəticədə yaranıb. Alimlər 6 insan, 6 makaka və
4 şimpanze meymununun burun boşluqlarını incələdikdən sonra komputer vasitəsilə
burun yolları ilə daxil olan hava axınlarının modelini yaradıblar. Nəticədə məlum
olub ki, primatlar nəfəs alan zaman daxil olan hava daha effektiv
kondisiyallaşır. Lakin alimlər komputerdə insan burnunun formasını şimpanze
burnunun formasına dəyişəndə (burun boşluqları əvvəlki vəziyyətdə qalmaq şərti
ilə) effektivlik artmayıb. Bununla belə insan nəfəs alan zaman hava
kondisiyallaşmır cümləsini demək düz deyil. Belə ki, burun ilə yanaşı udlaq da əsas
iş prinspini yerinə yetirir. Danışıq prosesində iştirak etdiyi üçün nsanın
udlağı primatınkından daha uzundur. Öz anatomiyası hesabına o həmdə orqanizmə
daxil olan havanı təmizləyir. Aparılmış müşahidələr nəticəsndə alimlər belə qənaətə
gəlblər ki, burun insanda 2-3 milyon il bundan öncə yaranıb. Yəni insan kəlləsinin
formasının dəyişildiyi bir vaxtda. Beynin ölçüsü böyüyən bir müddətdə orqanizm
onun üçün əlavə yer yaratmalı olub.
Linki kopyala
Həftənin xəbərləri

