main-post-cover

    İnsan embrionunun redaktə edilməsinə icazə verilib

    Digər
    07.05.2017
    Farid Pardashunas
    CRISPR-Cas 9 texnologiyası son zamanlar müzakirələrə səbəb olub. Belə ki, məhz bu texnologiyanın köməyi ilə genləri redaktə etmək mümkündür. Lakin indiki vaxta qədər sözügedən texnologiya insan embrionları üzərində sınanmamışdır. Artıq bu mümkün olacaq. Francis Crick-in universiteti Britaniyanın insan embriologiyası və məhsuldarlığı komitəsi tərəfindən tədqiqat məqsədləri üçün embrion genlərinin redaktə edilməsi barədə rəsmi icazə alıb. Alimlər yumurta hüceyrələrini yaradandan sonra CRISPR-Cas 9 texnologiyası vasitəsilə genetik dəyişikliklərin yaranmasını reallaşdıracaqlar. Daha sonra alimlər genetik dəyişikliklərin hücüyrələrin inkişafına necə təsir edəcəyini müşahidə edəcəklər. 7 gündən sonra isə həmin embrionlar məhv ediləcək. Bu müşahidənin aparılmasında məqsədlərdən biri də insan bəhrəsizliyinin aradan qaldırılmasıdır. İlk təcrübələr isə OCT4 geni üzərində aparılacaq. Bu gen hüceyrə ikiləşməsi prosesinə cavab verir. Əgər OCT4-də hansısa xəta olsa bu mutasiyaya səbəb ola bilər. Nəticədə proses hamiləliyin sonuna və digər tibbi problemlərə gətirib çıxarda bilər. Təcrübələrdən öncə isə alimlər bir sıra bürokratik məsələləri yola qoymalıdırlar. Məsələn ilk öncə etika üzrə yerli komitet təcrübəyə icazə verməlidir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər