

Amerikalı alimlər çox maraqlı layihə təklif ediblər. Belə ki, onlar insan genomunu sıfırdan yığmaq istəyirlər. 20 məşhur amerikalı alim insan genomunun yaradılması barəsində irimiqyaslı layihəyə başlamağa hazır olduqlarını qeyd edib. Layihənin əsas mənası ondan ibarətdir ki, insan genomunu mövcud olan DNT-lərdən kəsmək və yığmaq üsulu ilə deyil, DNT fraqmentlərini kublar şəklində yığaraq sintez etməkdir. Alimlər qeyd ediblər ki, söhbət süni insanın yaradılmasından getmir. Bununla belə onlar qeyd edirlər ki, tibb və biomühəndislik sahələri barəsində danışsaq sözügedən layihə böyük inkişafa gətirib çıxarda bilər. Belə ki, yeni layihə bir çox xəstəliklərin müalicəsində əsas rolu oynaya bilər. Layihənin birinci mərhələsində alimlər 100 milyon dollar vəsait yığmağı planlaşdırırlar. Daha sonra əlavə vəsaitin də lazım olacağı güman olunur. Hər-halda insan genomunun sintez olunması üçün lazım olacaq vəsait insan genomunun oxunmasına xərclənmiş vəsaitdən qat-qat çox olacaq. Son nəticə olaraq layihənin dəyəri 1 milyard dollar ola bilər.
Şərh yoxdur