İnsanda ola biləcək 10 inanılmaz xüsusiyyət

İnsanda ola biləcək 10 inanılmaz xüsusiyyət

08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Bizlər gözə görünməz ola və yaxud xüsusi cihazların köməyi olmadan uça bilmərik. Lakin insanlar göründükləri kimi sadə deyillər. Bəzilərimizə elə xüsusiyyətlər bəxş olunub ki, onları superqəhrəman xüsusiyyətləri hesab etmək olar. Gəlin onlara birlikdə nəzər salaq.
 
Superdad. Bu xüsusiyyətə insanların 14 hissəsi malikdir. Bu xüsusiyyət vasitəsi ilə qəbul olunan qidaların dadları bir neçə qat daha çox olur. Məsələn şirin qida daha şirin, acı qida isə daha acı olur. Superdad xüsusiyyəti əsasən qadınlarda, Asiya, Afrika və Cənubi Amerika vətəndaşlarında daha çox rast gəlinir.
 
 
Qızılı qan. Bu qan 0 Rh qrupuna aid olan və dünyada çox nadir tapılan bir növdür. Son yarım əsr ərzində bu qan qrupuna malik yalnız 40 insan tapılmışdır. Hal-hazırda isə bu qan qrupuna malik sağ qalmış insanların sayı 9-dur. Sözügedən qan qrupu hər bir insana köçürülə bilər. Bu özəllik onunla izah olunur ki, qızılı qanın Rh sistemində heç bir antigen mövcud deyil. Lakin bu qan qrupuna malik olan insanın həyatını xilas etmək üçün qızılı qana malik daha bir insanın tapılmasıdır. 
 
 
Tetraxromatiya. Nadir gen birləşməsi hesab edilən tetraxromatiya dünyadakı 2-3% qadınlara imkan verir ki, onlar 100 milyona yaxın rəng görsünlər. Qeyd edək ki. adi insan 1 milyon rəngi görmə qabiliyyətinə malikdir. Adi insanın gözündə 3 kolbacıq olduğu halda tetraxromatiya xüsusiyyətinə malik insanlarda bu rəqəm 4-dür. Məhz buna görə onlar 100 milyona yaxın rəngi görə bilirlər.
 
 
Hiperelastikli dəri. Elers-Danlos sindromu oynaq və dərini zədələyən birləşdirici toxumanın genetik xəstəliyidir. Müəyyən çətinliklərə baxmayaraq bu sindroma yoluxmuş insanlar ağrısız şəkildə öz bədən hissələrini müxtəlif istiqamətdə əyə və hətda dərilərini darta bilirlər. 
 
 
Exolokasiya. Qeyd edək ki, bu xüsusiyyətə hər bir insan malikdir. Görmə qabiliyyəti olmayan insanlar bu xüsusiyyətdən daha mükəmməl şəkildə istifadə edə bilirlər. Əgər "Daredevil" filminə baxmısınızsa fikir verə bilərsiniz ki, baş qəhrəmanın əsas xüsusiyyəti məhz exolokasiyadan istifadə etməsidir. Gözü bağlı şəkildə hansısa otağın mərkəzində dayanıb öz dilinizi müxtəlif istiqamətlərdə bərk şəkildə vuraraq bu xüsusiyyəti yoxlaya bilərsiniz. Əgər siz exolokasiyadan mükəmməl şəkildə istifadə edə bilirsinizsə onda istənilən əşyaya qədər olan məsafəni asanlıqla müəyyən edə bilərsiniz.
 
 
Ömürlük cavanlıq. Əslində bu xəstəlik reallıqdan çox sözdə daha gözəl səslənir. X sindromu adlandırılan bu müəmmalı xəstəlik insanda hər hansısa fiziki və əqli inkişafının qarşısını alır. Misal olaraq Brook Megan Greenberg-i göstərmək olar. 20 yaşına kimi yaşamış Megan xarici görünüşcə və əqli cəhətdən 2 yaşlı uşağı xatırladırdı. 
 
 
Yəqinki bir çoxlarınız "KickAss" filmini izləmisiniz. Fikir vermisinizsə filmdəki baş qəhrəman fiziki ağrılara reaksiya vermir. Əslində isə bu real həyatda mövcud olan bir xəstəlikdir. Bu xəstəliyə malik insanların orqanizmləri ağrını, istiliyi və yaxud soyuğu hiss etmir. Müsbət bir xüsusiyyət kimi görünsədə insan fərqinə varmadan özünə xəsarət yetirə bilər. Buna görədə bu cür insanlar daha diqqətli yaşamağa məcburdurlar. 
 
 
Yüksək dözümlü sümüklər. LRP5 adlı nadir mutasiya növü mövcuddur. Bu nadir mutasiya həddindən artıq az adamda müşahidə olunur. Əsas xüsusiyyət kimi isə insanda yüksək dözümlü sümüklərin olmasıdır. Bu xüsusiyyət ilk dəfə dəhşətli qəza vaxtı müşahidə olunmuşdur. Həmin ölümcül qəzada bir nəfər tamamilə sağ-salamat canını qurtarmışdır. Onuda qeyd edək ki, LRP5 mutasiyasına məruz qalmış insanlarda qaraciyər xəstəliyinə tutulma faizi daha yüksəkdir. 
 
 
Bilirik ki, komiks qəhrəmanlarının çoxu superqüvvəyə malikdir. Lakin real həyatda bu çox nadir xüsusiyyətlərdən biridir. Orqanizmdə miostatin zülalının çatışmaması ucbatından baş verən mutasiya əzələ kütləsinin böyüməsinə gətirib çıxardır. Hələki dünyada 2 dəfə bu cür hall müşahidə olunub. Həmin hallardan birində 2 yaşlı uşaq bodybuilder bədəninə malik idi.
 
 
Tam immunitet. Bu xüsusiyyət xərçəng və müxtəlif ürək xəstəlikləri kimi ölümcül halların qarşısını alır. Alimlərin tam immunitetə malik olan insanlara maraq göstərdiklərini saymasaq sözügedən xüsusiyyətin heç bir mənfi cəhəti yoxdur.
 
 
Gördüyünüz kimi sadalanan bu xüsuyyətlər insana xas olunan möcüzəli bir bəxş olmaqla yanaşı həmdə lənət kimi sayılır. Onlardan bəziləri insanda bir neçə ildən sonra aşkar oluna bilər. Bilmək olmaz bəlkədə sizdədə bu xüsusiyyətlərdən hansısa var lakin siz onun hələki fərqində deyilsiniz.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


3 yeni planet kəşf olundu

Qətər elm adamlarının araşdırmalarının nəticəsində 3 yeni planet kəşf olundu. Qətər rəsmi x..


Dünya 'nın yaranması ilə bağlı yeni nəzəriyyə ortaya atılıb!

Dünya’nın yaranması ilə bağlı UCLA Universiteti’ndən olan araşdırmaçılar yeni bir dəlil ortaya..


CİA illərdir gizlətdiyi UNO sənədlərini ortaya çıxardı!

İllərdir yadplanetlilər varmı, yoxmu mövzusunda minlərlə yazı yazıldı, araşdırma edildi. Minlərc..


Elm adamları Asteroidin planetimizlə toqquşmamasının yollarını axtarır!

Bundan milyonlarla il əvvəl 10 km böyüklüyündə bir asteroidin planetimizlə toqquşması zamanı dinoza..


Tarixin 7 ən sirli fotosu!

Texnologiya inkişaf etdikcə onun imkanları daha da genişlənir. Texnologiyanın yaranma tarixi yoxdur...


İnsan beyni ilə işləyən çip hazırlanır!

Çinlilər texnologiya ilə bərabər artıq elm sahəsində də uğurlu addımlar atırlar. Hangcou elm və t..

×