İnsanı stressdən azad edəcək Lief adlı cihaz

İnsanı stressdən azad edəcək Lief adlı cihaz

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

San Fransiskodan olan startapçılar, sakitləşdirməyə kömək edən cihaz hazırlayıblar.

Belə ki, Lief adlı cihaz, insanda stressin olduğu barəsində siqnal qəbul edəndən sonra sakitləşdirici vibrasiyalarla təsir edir. Lief, ingilis dilindən tərcümədə "yaxın dost” deməkdir. Cihaz, bədənə taxıldığında paltarın altından biliinmir. Cihaz anatomik formaya sahibdir və ürək nahiyyəsinə bərkidilir. Onun korpusunun qalınlığı 6 mm-dir və o əyilə biləndir. Bir söznən o, qalın plastıra bənzəyir. Cihaz orqanizmin 7 göstəricisini qiymətləndirir. Bura daxildir ürək ritminin vəziyyəti, ürək döyüntüsünün göstəricisi, nəfəsalma tezliyi, düşünmə səviyyəsi, hərəkət etmə aktivliyiparasimpatik aktivlik. Cihaz, ürək ritminin vəziyyətini yaxşılaşdıraraq stressi araşdırır və onun səviyyəsini optimallaşdırır.


Lief, orqanizmə, stress ilə təbii mübarizə üsulunu öyrədir. Əgər ürək ritmi vəziyyətinin göstəricisi aşağı olarsa onda cihaz vibrasiya etməyə başlayır. Nəfəsalmanı və ürək ritmini normaya salmaq üçün cihaz, onları sinxronlaşdırıb lazımi ritm vibrasiyaları yaradır. 3 dəqiqə ərzində insanın ürək döyüntüsü göstəriciləri və nəfəsalma tezliyi normaya düşür. Beləliklə istifadəçi heç bir dərman qəbul etmədən stressdən qurtulur. Lief-dən istifadə nəticəsində ürək ritmi vəziyyəti 140% yaxşılaşır. Layihə Kickstarter vasitəsilə vəsait toplayır və layihəyə köməklik etmiş ilk insanlar üçün cihaz 179$ qiymətinə satılacaq. Bəli o qədərdə ucuz deyil. Lakin nəzərə alsaq ki, stress səbəbi ilə insanların müraciət etdikləri xüsusi konsultasiyalar və psixoloqlar daha baha başa gəlir, onda bu qiyməti münasib hesab etmək olar. Cihazlar ilk sahiblərinə 2017-ci ilin İyul ayında çatacaq. Onun sonrakı qiyməti isə 299$ təşkil edəcək. Kickstarterdə starapçılara 50.000$ vəsait lazım idi. Lakin nəticədə onlar 181.000$ əldə etdilər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×