İnsanlar yaxın gələcəkdə öz rəqəmsal məlumatlarını harda saxlayacaqlar?

İnsanlar yaxın gələcəkdə öz rəqəmsal məlumatlarını harda saxlayacaqlar?

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Dünyada məlumatların miqdarı artmaqda davam edir. Onları necəsə qorumaq lazımdır. Çox güman ki, yaxın gələcəkdə məlumatların ənənəvi saxlanması üsullarının yerinə yeniləri gələcək.

Mütəxəssislərin hesablamalarına əsasən artıq 2020-ci ildə bizim cihazlarımız ildə 44 ZB (zettabayt) (40 trilyon GB) məlumat icra edəcək. Artıq indidən mütəxəssislər bu məlumatların saxlanmasının yeni üsullarını araşdırırlar. Technote.az-ın "Thenextweb.com” saytına istinadən verdiyi xəbərə əsasən bu üsullardan artıq 3-ü məlumdur.

Məlumatların DNT-də saxlanılması

Bizləri məlumatların saxlanılması sahəsində əsl inqilab gözləyir. Belə ki, rəqəmsal məlumat DNT-nin ikili spiralına yerləşdirilə bilər. Məlumatların saxlanılması sistemi kimi DNT çox rahat, kompakt və sarsılmaz üsuldur. 1 qram DNT özündə 1 ZB rəqəmsal məlumatı saxlaya bilər. Alimlər süni DNT-lərin yaradılmasına nail olublar. Onların vasitəsilə biz öz rəqəmsal məlumatlarımızı saxlaya və qoruya biləcəyik.


Mini maqnitlər

Məlumatların saxlanılması üçün nəzərdə tutulmuş maqnit cihazlar sərt disklər kimi geniş yayılmışdır. İndi isə alimlər məlumatların saxlanılması sahəsində yeni imkanlar yaradacaq biratomlu maqnitlər yaratmağa nail olublar. Onlar nadir element olan Holmium vasitəsilə öz kiçik ölçüsünə baxmayaraq maqnitdə maqnitləşdirmə xüsusiyyətini qoruyub saxlayıblar. Beləliklə biratomlu maqnitlər gələcəkdə məlumatların saxlanılması üçün istifadə oluna bilərlər.

5D disklər

Mütəxəssislər məlumatları 5 ölçüdə kodlaşdırmağı bacaran nanoquruluşlu şüşələrdən istifadə ediblər. Bunun sayəsində onlar bir neçə müddət bundan öncə məlumatları milyardlarla il ərzində saxlaya biləcək üsulu ixtira ediblər. Alimlər artıq bu disklərə bir çox böyük tarixi sənədləri yerləşdiriblər. Həmin disklərin yaddaş həcmi 360 TB-a çatır. Bundan əlavə onlar 1000 dərəcə temperatura qarşı dözümlü olurlar və mıəlumatları 13.8 milyard il ərzində saxlaya bilirlər. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×