main-post-cover

    İnsanlara istədiyinizi etdirə biləcəyiniz 10 Psixoloji Hiylə

    07.05.2017
    Farid Pardashunas
    İnsanların sizə qulaq asmaqlarına nail ola bilmək üçün CEO olmağınıza ehtiyac yoxdur. Psixoloji tədqiqatlara görə, insanları inandırmaq üçün istifadə edə biləcəyiniz bir çox yol var və bunların çoxunu insanlar anlamır belə. Qarşınızda insanlara istədiyinizi etdirmək üçün istifadə edə biləcəyiniz 10 üsul:
    1) İnsanların bədən dilini yamsılasanız sizi daha çox sevərlər.
    Bir sonrakı iş müsahibənizdə qarşınızdakına nə qədər oxşar oturub, oxşar şəkildə danışsanız işə alınma ehtimalınız da o qədər artar. Alimlər buna "Buqələmun Təsiri”adını veriblər. Buqələmun Təsirinin ən qəribə tərəfi isə bunu hiss etmədən daima etdiyimizdir. Düşündükcə məntiqli gəlir, elədir?

    2) İnsanların məhsulunuzu alması üçün hiyləli qiymətlər istifadə edin.
    Bir çox yerdə sizə bir məhsulu satmaq üçün hiyləli qiymətlərdən istifadə edirlər. Məsələn, əgər siz 50 manat dəyərində bir paltar görürsünüzsə onun bahalı olduğunu düşünə bilərsiniz, amma əgər o paltarın yanında 150 manatlıq başqa paltar varsa, həmin o 50 manatlıq paltar sizə o qədər də bahalı görünməməyə başlayar. Yəni bahalı bir şey satırsınızsa, daha da bahalı bir şeyi sadəcə bu təsiri yaratmaq üçün "satışa” qoya bilərsiniz.

    3) İnsanların daha az eqoist olmaları üçün mühiti dəyişdirin.
    Aparılan bir tədqiqatda, əgər iş mühiti çox rəsmi iş obyektləri ilə doludursa, bu mühitdəki insanların da bir o qədər rəqabət içində olacağı və eqoist davranacağı sübut edilmişdir. Bu rəqabəti azaltmaq üçün daha "neytral” mühit yarada bilərsiniz. Bu adətən qiymət endirmə danışıqları zamanı istifadə edilən metoddur.

    4) Kiməsə məqsədinə çatmasına kömək edin ki, gələcəkdə sizə kömək etsin.
    Psixoloq Robert Cialdini-yə görə, əgər bir insana bir işində kömək etsəniz, sizə borclu olduğunu hiss edəcəkdir və gələcəkdə sizə kömək edəcəkdir. Qarşı tərəf sizə təşəkkür edərkən də "dostlar bu günlər üçündür” kimi cavab, "bir şey deyil” kimi bir cavabdan çox daha təsirli ola bilər.

    5) Daha sürətli danışsanız, müzakirə apardığınız şəxsi inandırmaq ehtimalınız artar.
    Bir tədqiqata görə, bir şəxs sizinlə eyni fikirdə olmadığı zaman, biraz daha sürətli danışıb, ona daha az fikirləşmək fürsəti verməyiniz sizin xeyrinizə olacaqdır. Bir qrup dinləyiciyə fikrinizi başa salarkən isə tam əksinə, yavaş bir formada danışmağınız daha təsirli ola bilər.

    6) Sizinlə eyni fikirdə olmaları üçün insanların ağlını qarışdırın.
    Bu digərlərini sizinlə ortaq işləməyə cəlb etmək üçün yaxşı bir üsuldur. Satış edərkən bir kart 3 manatdır demək yerinə, bir kart sadəcə 300 Qəpikdir dediyiniz zaman insanların alış-verişlərinin artdığı, bir tədqiqata görə sübut edilmişdir.

    7. İnsanlardan kömək istəyərkən yorğun olduqları vaxtı seçin.
    Bir iş yoldaşınızdan 1 saatlıq bir kömək istəyəcəksinizsə, iş vaxtının sonuna yaxın istəyin, çünki bu saatlarda yorğun diqqəti dağılmış olan dostunuzun sizi rədd etmək ehtimalı daha azdır. Rədd etsə belə, sonradan sizə qarşı borclu bir vəziyyətə düşər və bundan istifadə edə bilərsiniz.

    8) İnsanların daha mədəni davranmaları üçün göz şəkli olan şəkillər və ya işarətlərdən istifadə edin.
    Bir tədqiqatda, kafedəki çiçəkli bir şəkil, içində göz olan bir şəkil ilə dəyişdirildikdə işçilərin daha təmiz və düzgün işlədikləri müşahidə edilmişdir. Bu insanlara izlənilirmişlər kimi bir təsir bağışlayır.

    9) İnsanların davranışlarını dəyişdirmək üçün "Xəbərdən” yox, "Mübtədadan” istifadə edin.
    Bir tədqiqatda insanlara eyni sualı iki fərqli formada təqdim etmişdilər.
    1) Sabahkı seçkilərdə səs vermək sənin üçün vacibdir mi?
    2) Sabahkı seçkilərdə səs verən olmaq sənin üçün vacibdir mi?
    İkinci suala məruz qalan insanların daha çox səs verdiyi müşahidə edilmişdir.

    10) İnsanlardan istədiyinizi almaq üçün onları biraz qorxudun.
    Bir tədqiqata görə, həyəcan narahatlıq hiss edən insanların, istənilən şeylərə adətən pozitiv cavablar verdikləri müşahidə edilmişdir. Bunun ən böyük səbəbi, qarşılaşdıqları təhlükə haqqında narahatlıq keçirən şəxslərin itirəcək daha az şeyləri olduqlarını hiss etməkləridir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər