main-post-cover

    Instagram üçün analtika modulu (Instagram Business Tools)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Nəhayət Instagram analtikanı istifadəçilərə istifadəyə açdı. "Instagram Business Tools" ilk olraq ABŞ, Yeni Zellandiya və Avstraliyada istifadəyə verildi. Çox istərdim ki, idarə etdiyim brendlərin səhifəsindən nümunə göstərərək açıqlayım. Amma təəssüf ki, bəzi regionlar üçün bu xidmət hələ də aktiv deyil. "To activate your Instagram Business profile (if the option is available in your region)" Hər dəfə bu tipli cümlələri görəndə halım pisləşir. Əmin edə bilərəm ki, yeni analtika aləti sizin hədəf kütlənizə çatmağınızda daha faydalı olacaqdır. Mənim kimi sosial media mütəxəssisləri aylıq hesabat hazırlayanda artıq statistikaya baxmaq üçün bir neçə mənbəyə müraciət etmək məcburiyyətində qalmayacaqlar.
    Bunun üçün ilk olaraq bir Instagram biznes profili (Instagram Business Profile) yaratmalısınız. Bilməlisiniz ki, sizin Facebook Biznes Səhifəniz mütləq olmalıdır.
    instagram analtika.png
    Mexanizm (gear) ikonuna klik edirsiniz (təbii ki, bizim region üçün bu qısa zamanda aktiv olacaq. Hələ ki səbr edin.). Daha sonra isə "Switch to Business Profile”-nə tıklayırsınız.
    instagram biznes
    Daha sonra idarə etdiyiniz səhifələrdən birini seçərək Facebook business Page-ə qoşulun. Yoxdusa yaradın. Daha sonra Instagram sizi avtomatik yönləndirəcək. Lazimi boşluqları doldurun.
    instagram
    instagram businesss
    Artıq Instagram biznes səhifəniz hazırdır.
    Instagram Insights
    Analtikadan artıq istifadə edə bilərsiniz.
    Bu bölmədə siz:
    1. Ümumi postlara baxış sayını  (Impressions)
    2. Sizin paylaşımlarınızı görən insaların ümumi sayı (Reach)
    3. Saytınıza olan ümumi kliklərin sayı (Website Clicks)
    4. İstifadəçilərinizin bu platformada aktivlik dərəcəsi (Follower Activity) və s. barədə detallı informasiya toplaya bilərsiniz.
    analtika
    instagramanaltika biznes
    instagram son
    Bir sözlə paylaşımlarınızın performansını asanlıqla müqayisə edə biləcəyik.
    instagarm last
    instagram anal
    Mütəxəssis: Müşfiq Şirəliyev
    Mənbə: mushfiqshirali.wordpress.com
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər