Instagram-da növbəti böyük dəyişiklik
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Məşhur sosial şəbəkə olan Instagram xəbər lentindəki
paylaşımların xronoliji ardıcıllıq prinsipini dəyişib. Belə ki, artıq tətbiqetmədə
paylaşımlar xronoloji (yeni paylaşımlardan köhnə paylaşımlara) qaydada
olmayacaq. Yəni tətbiqetməyə daxil olduğunuz zaman xəbər lentində hansısa səhifə
tərəfindən paylaşılmış foto və ya videonun yerinə sizə maraqlı olan (kompüter
alqoritmlərinin nöqteyi nəzərindən) foto və video əks olunacaq. Verilən məlumata
əsasən sizə maraqlı ola biləcək paylaşımların xəbər lentində əks olunmaları bir
neçə faktordan asılıdır. Məsələn paylaşımın müasirliyi, və yaxud sizin həmin
paylaşımı etmiş müəllif ilə son zamankı əlaqələriniz və s. "Son aylarda biz
gördük ki, bu üsul ilə insanlar sevdikləri mövzularda foto və videolara daha
çox rastlaşırlar” – deyə qeyd olunub. Statistikaya əsasən paylaşımların
xronoloji şəkildə əks olunduqları halda istifadəçilər onlara maraqlı ola biləcək
paylaşımların 70%-ni itirirdilər. Alqoritmik prinsip daha effektiv nəticə göstərib.
"Biz gördük ki, bu cür üsul ilə insanlar paylaşımları daha çox bəyənir, onlara
rəy bildirir və böyük aktivlik göstərirlər. Paylaşımların yeni əks olunma
prinsipi imkan verməyəcək ki, siz sevdiyiniz ifaçının konsertdən sonrakı
paylaşımlarını itirəsiniz. Hətda konsert dünyanın digər nöqtəsində və saat
qurşağında olsa belə. Həmçinin qorxulu deyil ki, siz çoxlu miqdarda insanı izləyirsiniz.
Siz həmişə yaxın dostunuzun sonuncu paylaşımını görə biləcəksiniz” – deyə
İnstagram rəsmiləri qeyd ediblər. Paylaşımların alqoritmik prinsip ilə əks
olunmaları son ay ərzində Instagram-da baş vermiş ikinci böyük dəyişiklikdir.
Keçən ay şirkət ilk dəfə olaraq tətbiqetmənin dizaynını tamamilə dəyişmişdi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)