Instagram-da növbəti böyük dəyişiklik

Instagram-da növbəti böyük dəyişiklik

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Məşhur sosial şəbəkə olan Instagram xəbər lentindəki paylaşımların xronoliji ardıcıllıq prinsipini dəyişib. Belə ki, artıq tətbiqetmədə paylaşımlar xronoloji (yeni paylaşımlardan köhnə paylaşımlara) qaydada olmayacaq. Yəni tətbiqetməyə daxil olduğunuz zaman xəbər lentində hansısa səhifə tərəfindən paylaşılmış foto və ya videonun yerinə sizə maraqlı olan (kompüter alqoritmlərinin nöqteyi nəzərindən) foto və video əks olunacaq. Verilən məlumata əsasən sizə maraqlı ola biləcək paylaşımların xəbər lentində əks olunmaları bir neçə faktordan asılıdır. Məsələn paylaşımın müasirliyi, və yaxud sizin həmin paylaşımı etmiş müəllif ilə son zamankı əlaqələriniz və s. "Son aylarda biz gördük ki, bu üsul ilə insanlar sevdikləri mövzularda foto və videolara daha çox rastlaşırlar” – deyə qeyd olunub. Statistikaya əsasən paylaşımların xronoloji şəkildə əks olunduqları halda istifadəçilər onlara maraqlı ola biləcək paylaşımların 70%-ni itirirdilər. Alqoritmik prinsip daha effektiv nəticə göstərib. "Biz gördük ki, bu cür üsul ilə insanlar paylaşımları daha çox bəyənir, onlara rəy bildirir və böyük aktivlik göstərirlər. Paylaşımların yeni əks olunma prinsipi imkan verməyəcək ki, siz sevdiyiniz ifaçının konsertdən sonrakı paylaşımlarını itirəsiniz. Hətda konsert dünyanın digər nöqtəsində və saat qurşağında olsa belə. Həmçinin qorxulu deyil ki, siz çoxlu miqdarda insanı izləyirsiniz. Siz həmişə yaxın dostunuzun sonuncu paylaşımını görə biləcəksiniz” – deyə İnstagram rəsmiləri qeyd ediblər. Paylaşımların alqoritmik prinsip ilə əks olunmaları son ay ərzində Instagram-da baş vermiş ikinci böyük dəyişiklikdir. Keçən ay şirkət ilk dəfə olaraq tətbiqetmənin dizaynını tamamilə dəyişmişdi. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×