

Instagram tezliklə "Qaralama kimi saxla” funksiyasını istifadəçilərə təqdim edəcəkdir. Funksiya hazırda test mərhələsindədir və yaxın zamanda istifadəçilər yenilənməni əldə edə biləcəklər.
Əgər siz aktiv Instagram istifadəçisinizsə, o zaman bilirsiniz ki, bəzən mükəmməl paylaşım üçün bir paylaşımı bir neçə dəfə silib yenidən paylaşmalı olursunuz. Hal-hazırda alternativ bir variant mövcud deyil və şəkildəki effektləri, şəkili silib yenidən paylaşmadan dəyişmək mümkün olmur. Lakin Instagram, yaxın zamanda təqdim edəcəyi yeni funksiya ilə bu problemi aradan qaldıracaq: "Qaralama kimi saxla”.
Hələ ki, sadəcə bəzi Instagram istifadəçiləri bu funksiyadan istidadə edə biləcəklər. Lakin sınaq rejimi uğurlu keçərsə yaxın zamanda bütün Instagram istifadəçiləri bu funksiyadan istifadə edə biləcəklər. Güman edirik ki, funksiya uğurlu alınacaq və yaxın zamanda, növbəti yeniləmələrdən birində artıq bizim də Instagram hesabımızda paylaşımları "Qaralama kimi saxla”maq funksiyası mövcud olacaq.
Instagram'dan qəribə qadağa
Technote.az – komandası olaraq, sizlərə bu barədə baş verəcək yenilikləri növbəti xəbərlərimizdə çatdıracağıq.
Şərh yoxdur