İnstagram, Hekayələr xüsusiyyətini inkişaf etdirir
Sosial Media
07.05.2017
Farid Pardashunas
İnstagram, rəqibi Snapchat-dan "oğurladığı” Hekayələr funksiyasını inkişaf etdirir. İstifadəçilər artıq şəkil/video paylaşım sosial şəbəkəsində daha çox hekayə tapa biləcəklər.
Zuckerberg-in sosial media platforması İnstagram, rəqibi Snapchatdan geridə qalmamaq üçün qısa müddət əvvəl əlavə etdiyi Hekayələr
(Stories) xüsusiyyətini inkişaf etdirmək üçün bir yenilənmə daha etdi.
Snapchatdan "ilham alınaraq” hazırlanan Hekayələr xüsusiyyəti, istifadəçilərin
24 saat içində itəcək şəkillər və videoların paylaşılmasına şərait yaradırdı.
Ancaq paylaşılan material yaddaşda olan şəkil və videolardan deyil, birbaşa
telefonun kamerası ilə o anda çəkilən görüntülərdən ibarət olurdu.
Artıq Hekayələri Tapmaq Daha Asandır
Şəkil paylaşım servisindəki istifadəçilər beləcə izlədikləri
şəxslərin, "anlıq” paylaşımlarını heçbir filtr və ya dəyişiklik edilmədən görə
bilmək imkanı na qovuşurdular. Ancaq istifadəçilərin izləmədikləri şəxslərin
hekayələrini axtarıb tapa bilmələri üçün bir xüsusiyyət yox idi.
Instagram son etdiyi yenilənmə ilə, kəşf bölməsinin
üstündə də şəbəkədəki məşhur hekayələrin görünməsinə şərait yaradır. İstifadəçilər,
öz maraq dairələrinə və sıx etdikləri axtarış nəticələrinə görə kəşf bölməsindəki
hekayələri də görə biləcəklər.
Snapchat ilə gizli rəqabət içərisindəki Facebook,Snapchatın ən vacib xüsusiyyəti olan Hekayələrin bənzərini İnstagramda
yaradaraq Snapchat-ı birbaşa rəqib olaraq gördüyünü də qəbul etmişdi. Zuckerberg indi Hekayələr xüsusiyyətini inkişaf etdirərək daha çox yeni istifadəçinin
Snapchat yerinə İnstagramı seçməklərini ümid edir.
Snapchatı satın almaq istəyən Mark Zuckerberg-in milyard
dollarlıq israrlı təkliflərinin, Snapchatın qurucusu Evan Spiegel tərəfindən rədd
edildiyini hamımız bilirik. Spiegel isə indi xüsusi hazırladığı kameralı eynəkləri Spectatles vasitəsilə Snapchat istifadəçilərinin hər an hər yerdə video və şəkil
paylaşmasına şərait yaratmaq istəyir və bu yeni silahı ilə Snapchatın məşhurluğunu
qatlamağı planlaşdırır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ