main-post-cover

    Instagram Hekayələri üçün Yeni Funksiya

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    Instagramın ən son funksiyası olan Hekayələr üçün yenilənmə gəldi. Yenilənmə ilə tətbiqə yeni bir panel əlavə edilir və Instagram biraz daha dəyişir.
    Instagram Hekayələrinin təqdim edildiyi vaxtdan elə çox keçməyib. Bu platforma üçün hələ yeni sayıla biləcək olan funksiya vasitəsi ilə şəkillər və videolardan ibarət bir hekayə yarada bilirsiniz.
    Şəkillər və videolar üzərində edilən dəyişikliklər ilə hazırlanan Instagram Hekayələri ilk əvvəllər bir çox insan tərəfindən tənqid edildi. Çünki sistem Snapchat-ın  eyni adlı funksiyasının birə-bir eynisi idi. Buna görə də istifadəçilər, Facebook Instagramı var olan bir tətbiqi kopyaladığı üçün tənqid atəşinə tutdular.
    Amma işin əsli insanlar bu funksiyaya da alışdılar və indidən Instagram hekayələrlə dolub, daşdı. Bu hekayələrə daha asan çatmaq və yeni hekayələri izləmək istəyənlər üçünsə "Explore Tab” yəni Kəşf etmə paneli əlavə edildi.
    Bu panel vasitəsilə insanların paylaşımlarını və yaratdıqları hekayələri görə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər