Instagram Web versiyasına bildiriş pəncərəsi əlavə olunub
Sosial Media
07.05.2017
Farid Pardashunas
Facebook’un sahibi olduğu populyar foto-video platforması Instagram, web versiyasını inkişaf etdirməyə davam edir.
Daha çox foto və videoların izlənməsi üçün istifadə olunan Web Instagram, artıq daha faydalı bir xüsusiyyət qazanıb və bildirimlərə veb versiya üzərindən də baxmağa şərait yaradır. Səhifənin sağ üst hissəsinə əlavə edilən "ürək" simvolu üzərinə kliklədikdə açılan bildirim pəncərəsi, mobil versiyalarda da olduğu kimi fotolarımızın bəyənilmə və şərh yazılma kimi bildirimləri göstərir. Bundan başqa Facebook’dan gələn dostlarınızı da görə bilərsiniz. Bu yenilik bütün istifadəçilər üçün aktivdir.Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək