İnstagram yeni dizaynı test edir
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Instagram yeni dizaynı test edir. İstifadəçilər yeni dizaynın ekran şəklini paylaşıblar.
Məşhur şəkil və video paylaşma saytı İnstagram, dizaynını dəyişir. Bəzi istifadəçilər tətbiqi yeniləyəndən sonra ağ-qara dizayn görməyə başlayıb. Mashahable saytına göndərilən ekran şəklinə əsasən yeni dizayn, sadə və rəngsiz formadadır.
Mashable bir Instagram nümayəndəsindən bu dizayn dəyişikliyinin səbəbini soruşub. Nümayəndə, "Tez-tez müəyyən istifadəçilərlə yeni şeyləri test edirik" deyib. Yəni bu sadəcə dizaynı test etmək üçün idi.
Sağda test edilən dizayn, solda isə hal-hazırdakı dizayn göstərilib.
Test edilən yeni dizayn ağ-qara rəngdə, rəngsiz simvollarla çox sıxıcı görünür.
Instagram çox vaxt bəzi bölgələrdə kiçik qruplarla yeni dizaynlarını test edir və bu dizaynlar rəsmi olana kimi (İnstagram komandası xaricində) gizli qalır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!