main-post-cover

    Instagram üzərindən satış edənlərə şad xəbər!

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Dünyada bir çox şirkət, "Instagram" üzərindən ciddi satışlar həyata keçirir. Bundan xəbərdar olan "Instagram" isə kiçik şirkətlərə dəstək məqsədli "Business Profiles" funksiyasını təqdim edib.
    Bütün dünyada istifadə edilən və hər hansı bir xərc olmadan satış etməyin mümkün olduğu Instagram, kiçik şirkətlər üçün maraqlı bir yeniliyə imza atıb.
    Bugünə qədər şirkət səhifəsi sahibləri Instagramda gələn tələblərə cavab verə bilirdilər. Ancaq bu davranış, biznes etikasından kənara çıxırdı. Yeni funksiya ilə isə istifadəçilər müştərilərin tələblərinə mail ilə cavab verə bilərkən, hətta ehtiyac duyulduğu halda telefon ilə zəng edə bilmə imkanına da sahib olacaqlar. 


    "Instagram"ın yeni funksiyası "Business Profiles" ilə hədəf kütləyə daha rahat çatmağınız mümkündür. Beləki, paylaşımların neçə nəfər tərəfindən görüldüyü, bəyənmə nisbətləri və ən vacibi profilin kimlər tərəfindən ziyarət edildiyi kimi məlumatlar da yeni xidmətlə təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər