main-post-cover

    İnstagram\'a analiz funksiyası gəlir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
    İnstagram'a şirkətlər üçün yeni funksiya əlavə olunacaq.

    Şəkil və video paylaşma platformalarından Instagram, korporativ istifadəçilər üçün yeni funksiya istifadəyə verməyə hazırlaşır. Korporativ istifadəçilərin izləyiciləri idarə edə bilməsini asanlaşdıran bu funksiya, şirkətlərin daha asan analiz etməsinə şərait yaradacaq.
     
    İnstagram tezliklə istifadəyə verəcəyi izləyici analizi funksiyası vasitəsilə izləyici sayı ilə yanaşı qadın-kişi sayı‚ yaş aralığı kimi bir çox məlumatı istifadəçilər üçün təqdim edəcək.
     
    İnstagram'a analiz funksiyası gəlir



    Facebook'dakı analizə oxşar bir analiz imkanı təqdim edəcək olan Instagram‚ beləliklə istifadəçilərin paylaşımlarını daha yaxşı idarə edə bilmələrinə şərait yaradacaq. Ən çox korporativ istifadəçilər üçün yararlı olacaq olan bu funksiya vasitəsilə şirkətlər paylaşımları kimlərin daha çox bəyəndiyini izləyərək bu məlumatlara əsasən paylaşım edə biləcəklər.
     
    Linki kopyala