main-post-cover

    Bağlı profillərin profil şəkillərinə tam ölçüdə necə baxmaq olar?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Instagramda boşluq kimi də dəyərləndirə biləcəyimiz profil şəkilinə tam ölçüdə baxmaq üsulunu sizlərə təqdim edirik.

     
    Yəqin bir çoxunuz bilirsiniz ki, instagramda mövcud olan istər bağlı istərsə də izləyicisi olduğunuz insanların profil şəkillərinə tam olaraq böyük ölçüdə baxa bilmirik. Şəkillər aşağıdakı kimi qarşımıza çıxır.


    Instagramda tam olaraq belə bir funksiya mövcud olmasa da, müxtəlif yollardan istifadə edərək instagramın serverlərində yer alan profil şəkillərinə tam ölçüdə baxmaq mümkündür. Bunun üçün aşağıdakı addımları yerinə yetirməliyik.

    1. İlkin olaraq profil şəkilini tam görmək üçün Instagram-a kompüter vasitəsilə daxil olmaq lazımdır. Yəni, Web Instagram-dan istifadə etmək. Şəxsi profilimizə daxil olub. Açılan səhifədən axtarışa profil şəkilinə baxmaq istədiyimiz şəxsin adını yazırıq.


    2. Profilinə daxil olduğumuz şəxsin profil şəkilinin üzərinə gəlirik.


    3. "Mouse"u şəkilinin üzərinə gətirib konteks menuya daxil oluruq. (yəni mousun sağ düyməsini basırıq) 


    4. 1-ci seçimə daxil olub, profil şəkilini brauzerin başqa tab-ında açırıq.


    5. Açılan pəncərədə şəkil hələ də, kiçik ölçüdə görünür. Şəkilə tam ölçüdə baxmaq üçün, şəkilin linkində "/s150x150" hissəsini silirik.


    6. Həmin hissəni silib, "enter" edib, yeni linkə daxil oluruq. Nəticədə şəkili tam ölçüdə görə bilirik.






    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər