Son zamanlar instagram sosial şəbəkəsində tez-tez sponsored başlığı altında reklamlar qarşımıza çıxır. Bir çoxlarımız instagramda öz brendimizi, məhsulumuzu yaxud saytımızı reklam etmək istəyirik. Facebook-da reklam yerləşdirmək qədər asan olmasada instagramda reklam yerləşdirmək elə də çətin deyil. İnstagram-da reklam yerləşdirmək üçün facebook-da bir neçə sadə əməliyyatları yerinə yetirməliyik. Sizə bu ardıcıllığı təqdim edirik.
Facebook hesabımıza daxil olub, yuxarı sağ küncdə olan oxun üzərinə klik edirik.
Açılan seçim pəncərəsindən "create adverts" bölməsini seçirik.
Açılan paneldə bir neçə seçim sizi qarşılaylır.
"Boost your posts"- bu bölmə facebook səhifənizdə hər hansı paylaşımı önə çıxarmaq və daha çox kütləyə göstərmək üçündür.
"Promote your page" - seçimi facebook üzərində sizin ümumi səhifənizin reklamıdır.
"Send people to your website" - bu seçim öz saytınızı facebook və instagram üzərində reklama çıxarmaq üçün yararlıdır.
Biz bu gün sizlərə öz web saytınızı, facebook və instagram üzərində reklama vermək haqqında yazacağımız üçün məhz bu seçimdən istifadə edirik.
"Send people to your website" seçiminə daxil oluruq. Və ekranın sağ hissəsində açılan pəncərəyə öz web saytımızın linkin daxil edirik. Continue seçdikdən sonra reklam səhifəsi açılır.
Locations- bu hissədə reklamınızın hansı olkələrdə göstəriləcəyin seçirsiniz.
Age - yaş kateqroiyası olaraq sizə lazım olan kütləni seçirsiniz.
Gender- sizin reklamınızı hansı cinsdən olan insanların görməsini seçirsiniz.
Interests - bu hissədə hansı sahələri seçsəniz reklamınız həmin sahə ilə maraqlananlara çatacaq. Məsələn: əgər texnologiya şirkətinsinizsə Technology və buna uyğun başqa taglar seçə bilərsiniz. Bu reklamın effektivliyi baxımından olduqca vacibdir.
Behaviours və More Categories - bölmələrindən isə əlavə maraqları qeyd edə bilərsiniz.
Budget - büdcə məsələsi çox önəmlidir. Siz reklama ayıracağınız pulu 2 seçimdə yatıra bilərsiniz. 1-ci seçim daily budget seçimidir. Bu seçim vasitəsilə siz gündəlik reklama ayıracağınız büdcəni yazırsız və reklam nə vaxta qədər davam edəcəksə qeyd edirsiniz. Bundan sonra facebook avtomatik olaraq sizin müəyyən etdiyiniz gündəlik bütcəyə uyğun reklamı yerləşdirir. 2-ci seçim isə limited butget seçimidir. Buradan siz ümumi kompaniyaya nə qədər pul yatırmaq istəyirsinizsə qeyd edirsiz yəni limt qoyursuz.
Schedule - hissəsində reklamın nə vaxt start götürəcəyini nə vaxt bitəcəyini planlaşdıra bilərsiniz.
Siz büdcəni qeyd etdiyiniz zaman ekranın sağ hissəsində sizin reklamı təxmini gündəlik nə qədər adamın görəcəyi qeyd olunur.
Optimise For- bu hissə reklamın optimallaşdırılması üçündür. Siz baxış sayına yaxud hər daxil olmaya görə ödəniş edəcəyinizi seçə bilərsiniz.
How do you want your advert to look?
Bu paneldə reklamınız görünüşün müəyyənləşdirisiniz. İstədiyiniz şəkili reklam üzü kimi yükləyə bilərsiniz. Təbii ki, facebook qaydalarından kənar olmayan. Şəkilin üzərində əgər 20% yazı olarsa şəkillər qəbul olunmur.
Ekranın sağ hissəsində olan paneldə sizin reklamınızın cihazlarda necə görünəcəyi əks olunur və sonda instagramı görə bilərsiniz. İnstagram-da reklamı seçmək üçün add düyməsinə klik edirik və sol tərəfdə instagram hesabımıza daxil oluruq. Nəticədə sizin yaratdığınız reklam kompaniyası parelel olaraq instagram sosial şəbəkəsində də yayımlanır.
Sonda Place order-ə klik edərək təsdiq edirik. Əlbətdə hesablarınızı və ödəniş üsullarınızı əvvəlcədən qeyd etməlisiz. Ətraflı izah üçün videonu izləyə bilərsiniz.
Suallarınızı cavablandırmağa hazırıq.
Şərh yoxdur