main-post-cover

    İnstagram istifadəçiləri panikada! İstagram şəkillərin göstərilmə alqoritmini dəyişir

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    2 həftə əvvəl əsas səhifədə paylaşımların yayımlanma ardıcıllığında dəyişiklik edəcəyin elan edən Instagram, istifadəçilər arasında panika yaradıb.

     
    Əvvəla vəziyyəti izah edək. 2 həftə əvvəl edilən açıqlamada instagram istifadəçi şəkillərinin yayımla ardıcıllığının artıq xronoloji olaraq yox, başqa bir alqoritm üzərindən yayımlayacaqlarından bəhs etmişdi və bunu test etdiklərini açıqlamışdı. Bu bildirişdən sonra Facebook'un tərkibində olan instagram bir növ facebook alqoritminə keçid edəcəyici məlum oldu.

    Şirkət, xronoloji ardıcıllıqdan imtina edərək, ən yaxşıların yuxarıda göstəriləcəyi bir alqoritimindən bəhs edir. Lakin xüsusilə vurğulanan bir cümlə də vardı: Bütün paylaşımlar əsas səhifədə qalacaq. Lakin bu cümlə instagram istifadəçilərini qane etməmiş kimi görünür. Dünən gecədən başlayan panika tezliklə yayılmağa başladı. #turnmeon #turnonnotifications hashtag'ları ilə şəkillər paylaşılmağa başladı. İnstagramda baş verəcək yeniliyin öz paylaşımlarına pis təsir edəcəyini düşünən səhifələr və bloggerlər bu yola əl ataraq istifadəçilərinə müraciət ünvanlayıblar.


    Bu vəziyyəti düzəltmək məqsədilə instagram twitter hesabından aşağıdakı açıqlamanı etdi.

    "Biz sizi dinləyirik və sizi əmin edirik ki, bu an xəbər qaynağında heç bir dəyişiklik yoxdur. Dəyişikliklər baş verərsə bunu sizə bildirəcəyimizə söz veririk"



    İnstagram izləyicilərin könlünü almaq istəsə də bu mövzuda olan hashtag'lar gedərək artmaqdadır.
    Linki kopyala