main-post-cover

    İnstagramdan satış edərkən nələrə diqqət etməlisiniz?

    Tech-Biznes
    e-ticaret
    07.05.2017
    Farid Pardashunas
    Instagramdan aldığınız şalvarın əyninizə olmadığını və ya sifariş verdiyiniz ad günü hədiyyəsini təhvil aldığınızda əslində şəkildəki ilə əlaqəsinin belə olmadığını düşünün. Sizə bir növ xəyallar-həyatlar sindromu yaşadıldığını və məhsulu qaytarmaq üçün maqazin (butik) hesabına girdiyinizdə aşağıdakına bənzər yazı ilə qarşılaşdığınızı düşünün.
     

    Siz və ya yaxınlarınız buna oxşar hekayələr yaşamış ola bilərsiniz. Əgər hələ yaşamamısınızsa çox yaxın zamanda yaşayacaq ola bilərsiniz və bu vəziyyət hüquqi tərəfdən mütləq araşdırılmağa dəyər bir mövzudur.   

    Instagramdan satış etmək  

    Çılğın emosiyalar istifadə edərək "alınan mallar geri qaytarılmır, dəyişdirmək üçün 3 gün vaxtınız var" və s. kimi açıqlamalar Instagramda baş alıb gedir. Bəs son illərdə e-ticarət mövzusunda ən çox danışılan xidmətlərdən biri olan "Sosial e-ticarətin" hüquqi tərəfi həqiqətən belədir mi? Azərbaycanda ürək rahatlığı ilə Instagramdan ayaqqabı, ətir və ya eynək ala bilməyəcəyik? Bu yazıda bu suallara cavabları birlikdə axtaracağıq.   

    Instagramda vergi ödəmədən satış  

    Hər şeydən əvvəl Instagramda edilən satış fəaliyyətinin gəlir əldə etmək niyyəti ilə ticari bir fəaliyyət olduğunu vurğulamaq və bu səbəbdən satış edəcək şəxslərin vergi ödəyicisi olduğunu bildirmək istəyirik. Həm tortum qalsın həm də qarnım doysun deməklə olmur. Vergi haqqında qanun bizə "əgər gəlir əldə edəcəksinizsə, verginizi də ödəyəcəksiniz" deyir. Belə ki, vergi haqqında qanunda satılan mal və əmtəələr üçün qaimə kəsmək şərtinidə vacib qılır. Qaimə, satıcının gəlir əldə etmək məqsədi ilə yeritdiyi fəaliyyət nəticəsində əldə etdiyi gəlirin müəyyən edilməsi üçün vacib olduğu kimi, bundan yaranacaq vergi hökmlülüyü çərçivəsində yaranan vergi borcunun müəyyən edilməsində də vacib bir sübut rolunu oynamaqdadır.  
    Satışa başlamazdan əvvəl mütləq faktura kəsmək və qanuni vergiləri ödəmək üçün satış edəcək şəxslərin vergi ödəyicisi olmaq (VÖEN almaq) adına lazımlı tədbirləri görməsi mütləqdir.   

    Instagramda satışın hüquqi cəhətləri  

    Bugün Instagramda, sabah Snapchatda və ya gələcəkdə adını hələki bilmədiyimiz başqa bir sosial şəbəkədə oxşar vəziyyətləri yaşamağınız mümkündür. Lakin hansı məcrada olursa olsun satıcı və alıcının bir araya gəlmədiyi, məhsulların uzaqdan satışı üzərinə qurulmuş bir sistem mövcuddursa, bu sistem çərçivəsində alıcı və satıcılar arasında qurulacaq əlaqə, məsafəli müqavilədir. Məsafəli müqavilələr, çərçivəsi çox ətraflı çəkilmiş müqavilələrdir. Hər nə qədər sosial medianın ruhuna və ya Instagramın paylaşım limitlərinə uyğunluğu hətta tətbiqinin necə olacağı mübahisəli olsa da hüquqi çərçivədən baxdığımızda Instagram satışlarında da aşağıda qısaca qeyd edəcəyimiz məqamlara riayət etmək zəruridir.  

    Əvvəlcədən məlumatlandırma  

    Satışın reallaşdırılmasından əvvəl Instagram butikləri mütləq şirkətləri haqqında ticarət ünvanı, VÖEN, Əlaqə məlumatları və s. bəzi tanıdıcı məlumatları istehlakçıya bildirməlidirlər. Məhsul qiyməti məlumatı verərkən vergi və nəqliyyat məsrəflərini də bildirməlidirlər. Hər nə qədər "alınan mal geri qaytarılmır" başlıqlı Instagram butik profilləri gündən-günə çoxalmaqda olsa da bu səhvi başa düşüb, müştərini fikrini dəyişdirmək hüququndan (məhsulu qaytarmaq, barter və s.) xəbərdar etmək məcburiyyətindədirlər.  
    Tələb olunan məhsul üçün qaytarılma və ya barter hüququ yoxdursa müştəriyə bunun da məlumatını vermək mütləqdir. Son olaraq da müqavilədən yaranabiləcək anlaşılmazlıq vəziyyətində müştərinin hansı hüquqi qurumlara müraciət edə biləcəyini bildirmək məcburiyyətindədirlər.  

    Dəyişdirmək Hüququ  

    Satın alınan məhsul dəyişdirmə haqqının istisnaları arasında deyilsə, alıcının Instagram butikindən aldığı məhsulu təhvil aldığı tarixdən etibarən geri qaytarmaq hüququ var. Diqqət edilməli olan məqam: Müştəri bu haqqın istifadə ediləcəyi məlumatını yazılı olaraq çatdırmalıdır. Bu halda satıcı, bu bildirişin özünə çatdığı tarixdən etibarən 14 gün ərzində məhsul bədəlini və çatdırılma xərcini (alıcıdan-satıcıya qaytarılma xərci) alıcıya qaytarmaq öhdəliyini götürür.  
    Alıcı dəyişdirmək hüququnu istifadə etmək istədiyi halda satıcı bu haqqın istifadəsini qəbul etmirsə hüquqi qurumlara müraciət edərək haqqını tələb edə bilər.  

    Müqavilə şərtlərinin bildirilməsi  

    Instagramda qanunlara uyğun satış etmənin bir digər məcburiyyəti də müqavilə şərtlərinin mütləq satışdan əvvəl alıcı tərəfindən görülməsi və alıcıdan təsdiqin alınması mövzusudur. Adətən sifarişlərin WhatsApp və ya Instagram Direct vasitəsilə alındığını müşahidə edirik. Burada satıcıların yaradıcı və praktiki həllər tapıb sifarişi dəqiqləşdirməzdən əvvəl mütləq müştəriyə müqavilə şərtlərini çatdırması və çatdırılan uzaqdan əlaqə vasitəsinə uyğun olaraq da alıcının təsdiqini alması lazımdır.   

    Sifariş ilə bağlı öhdəliklər  

    Alıcı satın almanı reallaşdırdıqda sifarişin qəbul edildiyi məlumatının da alıcıya gecikmədən elektron əlaqə vasitələri köməkliyi ilə bildirilməsi mütləqdir.   
     
    Öhdəliklər haqqında yuxarıdakı başlıqlar daxil olmaqla birlikdə burada qələmə almadığımız bir çox detal da mövcuddur. Qısaca Instagram başda olmaqla alıcı və satıcıların sosial şəbəkələrdə apardıqları ticarət əməliyyatları zamanı, uzaqdan əlaqə vasitələri ilə imzalanmış məsafəli müqavilələrə əsaslanan alış-verişlərdə satış prossesi mütləq hüquqi baxışdan keçirilməlidir.   
    Alıcılar isə öz növbələrində hüquqi bilikləri əldə etməli və yuxarıda saydığımız öhdəlikləri satıcılar tərəfindən diqqətə alınması üçün onlardan bunları tələb etməlidirlər.  
    Əks halda "Mənim bəyəndiyim məhsul bu deyildi, şəkildəkinə heç oxşamır, əynimə olmadı, ayağımı sıxdı, necə yəni qaytara bilmərəm" kimi şikayətlər alış-veriş dünyamızda səs-səda salmağa davam edəcəkdir.
    Linki kopyala