Instagramın bu dəfəki yeni funksiyası nə vəd edir?
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Bir müddət əvvəl dataları ölçmək üçün istifadə olunan instagramın statistika əlavəsini,
artıq istifadəçilər öz səhifələrində izləyə biləcəklər. Sadəcə mobil
cihazlarınızda istifadə edə biləcəyiniz bu xüsusiyyətin işləmə prinsipi sadədir:
Profil və ya brend səhifənizi açanda, bir pop-up açılır və "Statistikaya keç” bildirişi ekranda görünür və siz həmin seçimə daxil olmaqla Instagram səhifənizin statistikasını izləyə bilirsiniz. Beləliklə, profilinizin sol küncündə "tənzimləmələr” bölümünün yanında kiçik statistik
çubuqlar görünür. Təbii ki, bu göstəriciləri sadəcə siz görə bilirsiniz. Bu
göstəricilər arasında cinsiyyət, yaş aralığı, məkan, saatlar, bütün məlumatların toplam neçə dəfə görüldüyü, internet səhifəsinə kliklərin sayı, bir həftə ərzində
bütün məlumatların göstərilmə sayı öz əksini tapır.
Artıq bunun sayəsində brend və şəxslər öz
izləyici statistikalarını dəqiq müəyyən edə biləcəklər. Bu yeniliyin brend və şəxslərə
öz fəaliyyətlərini daha da inkişaf
etdirməkdə yardımçı olması gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)