Sosial media nəhəngi Facebook'un uzun müddət öncə istifadəyə təqdim etdiyi sürətli məqalə
xüsusiyyəti olan Instant Articles, ayda 900
milyondan çox insana xidmət verən anlıq mesajlaşma platforması Messenger'a gəlir.
Facebook içərisində
xəbər oxumağı çox asanlaşdıran və bir mobil internet səhifəsinə nisbətdə xəbəri
10 dəfə sürətli açan Instant Articles xüsusiyyəti Messenger
içərisində də bənzər şəkildə işləyəcək və dostlarımızdan gələn "şimşək"
simvollu xəbərlər anlıq olaraq görüntülənəcək. Bu xüsusiyyət üçün öncəliyi
Android'ə verən Facebook, iOS tərəfində isə qarşıdakı həftələrdə aktiv
olacağını qeyd edir. Messenger`dən daim istifadə edənlər üçün olduqca xoş xəbər
olması ilə yanaşı, Instant Articles xüsusiyyəti ilə mobil tarif planlarına da
ciddi anlamda qənaət olunur.