main-post-cover

    "Intel" şirkəti də süni zəka sahəsinə qatılır

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Böyük IT şirkətlər süni zəka sahəsində çalışan startapları almaq da davam edirlər. Bu siyahıya özünü, prosessorların aparıcı istehsalçısı olan "Intel” şirkəti "Nervana Systems” startapını almaqla daxil edib.

    "Nervana Systems” 48 işçisi olan süni zəka sahəsində tətbiq və digər xidmətlər göstərən bir şirkətdir. Müqavilənin dəyəri və təfərrüatları açıqlanmır. Technote.az-ın "Wsj.com” saytına istinadən verdiyi xəbərə əsasən sözügedən startapın alınması "Intel” üçün NVIDIA ilə rəqabət aparmağa imkan yaradacaq. NVIDIA özü son vaxtlarda süni zəka sahəsi ilə maraqlanır. Hal-hazırda "Nervana Systems”-in tətbiqi qrafik kartların hesablanması üçün istifadə olunur. Lakin gələn il startap süni zəka ilə bağlı məsələləri yüksək sürətlə həll edəcək çipləri istehsal etməyi planlaşdırır. Beləliklə "Intel” süni zəka sahəsindəki texnologiyalar ilə özünü təmin edən hələki sonuncu şirkət olub. "CB Insights” analitika şirkətinin hesablamalarına əsasən 2011-ci ildən böyük IT şirkətlər (Google, Yahoo, Twitter, IBM və s.) ümumilikdə süni zəka sahəsində çalışan 31 startap əldə ediblər. Bu sahədə lider şirkət "Google” hesab olunur. Belə ki, "Google” minimum olaraq 9 şirkəti əldə edib.
    Linki kopyala