main-post-cover

    Intel yeni prosessorları təqdim edib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Meqahers müharibəsinin bitdiyi bir vaxtda yeni dövr başladı. O dövr ki, böyük şirkətlər öz aralarında prosessorlarda olan nüvələrin sayına görə rəqabət aparırlar. Məsələn Intel şirləti Computex sərgisi çərçivəsində öz yeni prosessoru Core i7-6950X Extrime Edition-u təqdim edib. Həmin prosessor 10 nüvəyə sahibdir. Təbii ki, Intel 10 nüvəli prosessoru (Xeon) hələ 2011-ci ildə təqdim etmişdi. Lakin stolüstü kompüterlər üçün bu cür prosessor ilk dəfədir ki, təqdim olunur. Yeni prosessor 3 GHz tezlikdə çalışır. Turbo Boost 3.0 texnologiyasının köməkliyi ilə bu göstərici 3.5 GHz ola bilir. Onun 25 GB-lıq keş yaddaşı isə həqiqətən də maraqlı təsir bağışlayır. Təbii ki, yeni texnologiyalar külli miqdarda pul tələb edir. Bu cür prosessora sahib olmaq istəyənlər bilməlidirlər ki, onun qiyməti $1723 olacaq. Intel rəsmilərinin verdikləri məlumatlara əsasən yeni prosessor 3D qrafikanın işlədilməsində 4 nüvəli i7-6700K-dan iki dəfə, Core i7-5960X-dan isə 35% sürətlidir. 4K videoların işlədilməsinə gəldikdə isə yeni prosessor məhsuldarlığın 65% qalxdığını göstərib. Təqdim olunmuş yeni prosessorlar seriyasına $1089 qiymətində 8 nüvəli i7-6900K, $617 qiymətində 6 nüvəli i7-6850K və $434 qiymətində i7-6800K prosessorları daxil olacaq. Yeni prosessorlar seriyası onları ös istəklərinə uyğun tənzimləmək istəyən insanlar üçün açıq vəziyyətdədirlər. Bundan əlavə olaraq yeni i7 prosessorları həmçinin DDR4-2400 operativ yaddaşı da dəstəkləyirlər.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər