main-post-cover

    "Intel"in yeni VR cihazı nə vəd edir?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Intel”, yeni hazırladığı VR cihazı tezliklə istifadəçilərə təqdim edəcək. Bu cihazın xüsusiyyətləri nələrdir? 

    Hər gün etdiyi yeniliklərlə bizi təəccübləndirməyi bacaran "Intel", özünün hazırladığı VR cihaz ilə texnologiya aləminə damğa vurub. Virtual reallıq sektorunun nümayəndələrindən olan "Intel”, yeni yaratdığı Project Alley adlı cihaz ilə hər kəsin diqqətini öz üzərinə çəkməyi bacarıb.

    Müstəqil VR təcrübəsi təqdim edir!

    "Intel”, Project Alley adlı cihaz ilə virtual reallıq sektoruna yeni nəfəs gətirə bilər. Belə ki, Project Alley-in əsas xüsusiyyəti müstəqil bir texnologiyaya sahib olmasıdır. Tamamilə naqilsiz qurulan VR cihazın, hər hansı bir konsola və ya kompüterə bağlılığı olmadan çalışması onun əsas üstünlüyüdür desək yanılmarıq.

    "Intel"ə Windows dəstəyi!

    Yeni cihazda Windows Holographic istifadə edəcəyini bildirən "Intel”, Hololens-lə eyni əməliyyat sisteminə sahib olmaqla, daha da inkişaf etmiş olacaq. Açıq mənbə kodlu (open source) olaraq təqdim olunacaq sistemə marağın böyük olması gözlənilir.

    Reallıq faktoru ön planda!

    Yeni cihazda reallıq faktorunun ön plana çəkilməsi diqqətdən yayınmayıb. Hərəkət sahəsinin real olması, əl hərəkətlərinin daha hissiyatlı şəkildə əks olunması cihazın əsas üstünlüklərdən biridir. Intel Project Alley-in 2017-ci ildə satışa çıxması gözlənilir.


     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər