İnternet bağlantınız olmasa belə məlumatlarınız oğurlana bilər
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Kompüterinizi qorumaq üçün internet qoşulmanızı söndürməniz də bəs etmir. Ortaya çıxan məlumatlara görə hackerlər, sadəcə hard diskinizi dinləyərək vacib məlumatlarınızı ələ keçirdə bilirlər.
İsrail-in
"Ben-Gurion Universiteti”ndə işləyən Mordeçayi Quri tərəfindən tanıdılan yeni
texnika ilə hackerlər, internet ilə hər hansı bir bağlantısı olmayan bir kompüterdən
də məlumat oğurlaya bilirlər. Kompüter və içindəki məlumatlar nə qədər yaxşı
qorunursa qorunsun, cihazın yanına bir şəkildə mikrofon yerləşdirə bilən
hackerlər, diskin yazma səslərini dinləyərək məlumatları klonlaya bilir.
Bildiyiniz kimi günümüzdə bir çox hard disk, məlumatları diskin üstünə yazır və
yazma prosesində, insan qulağının belə eşidə biləcəyi səslər çıxardır.
Aşağıda
paylaşdığımız videoda da görə biləcəyiniz kimi, internet ilə hər hansı bir
bağlantısı olmayan kompüterin yanına bir cihaz yerləşdirilir. Bu cihaz, hard
diskin məlumat yazdığı müddətdə çıxartdığı bütün səsləri qeyd edir.
Cihazın
yolladığı məlumatları alan DiskFiltration adlı bir tətbiq, bunları binary
sistemə yəni 0 və 1-lərə çevirir. Bütün dinləmə işinin tamamlanmasından sonra
binary məlumatlar, istifadə edilə bilən fayllara çevrilir və əldə edilmək istənilən
məlumat ortaya çıxır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)