İnternet haqqında bilmədiyiniz çox maraqlı məlumatlar.

08.05.2017 0 PAYLAŞIM 11332 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

1. İnternetdə alış-verişi həyata keçirilən ilk "şey " marixuana olub.
2. Web saytların 37%-i pornoqrafiya ilə bağlıdır.
3. Axtarış sistemlərində qeydiyyatda olmayan saytların sayı, qeydiyyatda olan saytların sayında 500 qat çoxdur.
4. Google-da bir gündə 3.5 milyard axtarış edilir.
5. Son vaxtlar baş verən 20% evlənmələrin tanışlığı internet üzərindən baş verir.
6. Dünyada internetə çıxışı olan hər iki nəfərdən birinin facebook hesabı vardır.
7. İnternetdə açılan ilk domen adı "Symbolics.com "-dur və hələ də aktivdir. Bu domen 15 mart 1985-ci ildə açılıb.
8. İlk webcam, 1993-cü ildə Cambridge Üniversitetində mövcud olan komputer labaratoriyasında bir fincan qəhvəni icləmək üçün istifadə edilib.
9. Çində mobil internet istifadəçilərinin sayı, komputer vasitəsilə internetdən istifadə edənlərin sayından çoxdur.
10. Dünya əhalisinin 6%-i internet aludəçisidir. Bu rəqəm hər gün biraz daha artmaqdadır.