İnternet necə ixtira edildi?
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Hazırda milyardlarla cihaz internetə qoşulur və işlərimizi online görə bilirik. Bəs internet necə icad edildi? Tarixçəsi nədir?
Günümüzdə internetin ölçüsünü bilə bilmirik. Beləki,
istifadə etdiyimiz IPv4 texnologiyası 4 milyard cihaza internetə qoşulmaq icazəsi verir lakin yaxın zamanlarda bu, köhnə
bir texnologiya olaraq qalmaq üzrədir. IPv6-ya keçilməsi an məsələsidir, üstəgəl2030-cu illərdə 50 milyard cihazın internetə qoşulacağı güman edilir. Ancaq ilk
kompüter şəbəkəsində sadəcə 42 kompüter mövcud imiş!
Bu qədər inkişaf etmiş olmasına baxmayaraq internetin
tarixi çox da köhnə deyil. İlk olaraq ARPANET adlı, hərbi bir layihə olaraq
kompüterlərin bir-birləri ilə danışacaqları bir layihə idi. Keçdiyimiz günlərdə
bu layihənin xəritəsi paylaşıldı. İndi sadə bir internet kafe topologiyası ilə
hardasa eyni olan bu layihə, o vaxtlar dünyanın ən inkişaf etmiş layihələrindən
biri idi.
İlk olaraq ABŞ müdafiə nazirliyi tərəfindən istifadə edilənARPANET, 2 il sonra universitetlər arası əlaqə qurmaq üçün istifadə edilməyə
başlandı. Sonra beynəlxalq bir texnologiyaya çevrildi və peyklər vasitəsi ilə
istifadə edilməyə başlandı. 1980-ci ildə NSFNet adlı yeni hərbi bir layihəyə
çevrildi. Elə o vaxtlar, hələ bugün də istifadə etdiyimiz TCP/IP protokolu
yaradıldı. Beləcə kompüterlər bir birinə daha təsirli bir formada qoşula bildi.1989-da Tim Berners-Lee "World Wide Web”i ixtira etdi və günümüzdə istifadə etdiyimiz internet ortaya çıxdı.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Bütün iPhone 16 smartfonlarının xarici görünüşləri bir fotoda sərgilənib
Dünyanın ən sürətli internetinə malik ölkələri bəlli olub!