main-post-cover

    İnternetdən istifadə zamanı yol verdiyimiz səhvlər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
     

    "Hackerlər-soyğunçudurlar. Əgər sizə mane olmağı qərara alıblarsa, onda mütləq buna nail olacaqlar. Amma siz siqnalizasiya sistemi qura bilər, dişləyən köpəyə və daha güvənli seyfə sahib ola bilərsiniz”- deyə Kanadanın tanınmış şirkətlərindən birinin CEO-suRobert Herdzharviköz çıxışında bildirib. Öz çıxışında şəbəkələrin etdiyi sadəlöhv səhvlərdən söhbət açıb. O səhvlər ki, hackerlər çox asanlıqla və peşəkarlıqla bundan sizin əleyhinizə istifadə edir. Gəlin bunlarla tanış olaq.

    Sadəlöhvcə seçilmiş şifrə
     Bu yalnız adi istifadəçilərin deyil, o cümlədən artıq uzun illərini texnologiyaya sərf etmiş peşəkarların da səhvidir. Məsələn, Zuckerberg-i misal göstərmək olar. Onun hesabının ələ keçməsinin əsas səbəblərindən biri bir neçə saytdan qeydiyyat zamanı eyni şifrədən istifadə etməsi və eyni zamanda şifrəninçox asan-"dadada” olması idi. Bu vəziyyətdə nə etməli? Müxtəlif hesablarda müxtəlif şifrələr istifadə etməli. Xüsusən də şəxsi və iş yazışmalarında fərqli şifrələr istifadə edin. Şifrə8 işarədən az olmamalı, hərf, rəqəm və xüsusi simvollardan istifadə edilməlidir. Və mümkün qədər 12345 kimi şifrələrdən uzaq olmaq sizin xeyrinizədir.
    Hər kəsə açıq WiFi zonalardan uzaq durun
    Mümkün qədər istifadəyə açıq WiFi zonalarda bank əməliyyatları aparmayın. Çünki sizdən başqa daha kimlərin və hansı qurğuların şəbəkəyə qoşulduğunu bilmirsiniz. Bu yolla çox asanlıqla öz şəxsi məlumatlarınızı qarşı tərəfə ötürə bilərsiniz.
     
    Hackerlərin klassik metodları
    Fırıldaqçılığın ən çox tanınan metodu-faylların kompüterdə bloklanmasıdır. Adətən hackerlər kompüteri dondurub, onu açmaq üçün pul tələb edirlər. Bunun qarşısını almaq üçün ilk öncə tanımadığınız e-mailləri açmayın,
    fayllarınızı kopyalayın və təbii ki, antivirus sistemini unutmayın. Əgər belə halla rastlaşsanız tez şəbəkəni bağlayın və şəbəkə təhlükəsizliyi ilə məşğul olan şirkətə müraciət edin.
    Bank hesablarınız haqda məlumat vermək
    Sizə bankdan PİN kodunuzun, doğum tarixinizin, kredit kartı hesabınızın soruşulduğu mesaj gəlsə tez bankın özü ilə əlaqə saxlayıb aydınlaşdırın.
     

     

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər