

Yeni əməliyyat sistemi olan iOS 10-da iMessage köklü dəyişikliklərə sahib olub. Şirkət iMessage-də yeni ünsiyyət imkanlarından bəhs edəndə məhz bunları nəzərdə tuturdu.

Artıq iMessage ekranda əks etdirilməsi mümkün olan hava şarı, fişənglər və s. kimi animasiyalı simvolları dəsətəkləyir. Görünməz mürəkkəb ilə yazılmış mətnli ismarıcları isə bir barmaq toxunuşu ilə görmək mümkündür. iMessage-in digər bir maraqlı funksiyası məlumatların detektorudur. Technote.az-ın "Macdigger.ru” saytına istinadən verdiyi xəbərə əsasən bu texnologiya çatda qeyd olunmuş hər-hansı bir mövzu haqqında məlumatın sürətlə tapılmasına imkan verir. Tətbiq bir neçə növ məlumatları (musiqilər, ifaçılar, filmlər, aktyorlar və s.) dəstəkləyir. İstifadəçi bir toxunuşla qeyd olunmuş mövzu barəsində məlumat əldə edə biləcək. Qeyd edək ki, bu funksiya ilk dəfə 1997-ci ildə Mac OS X-də reallaşdırılmışdır. Daha sonra funksiya iOS-ə inteqrasiya olunaraq əməliyyat sisteminə mətndə avtomatik olaraq nömrə və ünvanları təyin etməyə imkan verirdi.
iOS 10-da məlumatların detektoru funksiyası mətnlərdə multimedia məzmunu dəstəyinə sahib olub. Məsələn əgər istifadəçi çatda hansısa filmi qeyd edərək ismarıc göndərsə iMessage həmin filmin adını linkə çevirəcək. Həmin linkə daxil olaraq istifadəçi film haqqında ətraflı məlumatı (məzmunu, reytinqi, aktyorlar siyahısı, əldə etdiyi gəlir) əldə edə biləcək. Bundan əlavə olaraq bir toxunuşla filmi almaq və ya icarəyə götürmək üçün iTunes-a daxil olmaq olar. Məlumatların detektorundan əlavə olaraq iMessage mətni avtomatik olaraq simvol və ya emosiyalara çevirən ipucu dəstəyi, linklərin media məzmunları dəstəkləməsi və Tapback texnologiyası (bir toxunuşla ismarıca cavab verməyin sadə üsulu) ilə də təmin olunub.
Şərh yoxdur