iOS 10-da olacaq 10 mükəmməl yenilik izahı ilə. (GIF)

iOS 10-da olacaq 10 mükəmməl yenilik izahı ilə. (GIF)

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

WWDC konfransında təqdim olunan iOS 10 hələ ki, ancaq developerlər üçün təqdim olunub. Bir çoxlarına iOS 10-da olacaq yeniliklər məlum olsa da, bu yazımızda GIF-lər vasitəsilə iOS 10-da olacaq 10 yenilik ilə yaxından tanış ola bilərsiniz.

1. Masadan götürən zaman açılan ekran.

iOS 10-da olan yeniliklərdən biri də telefonu masanın üzərində götürən zaman oyanan ekran xüsusiyyətidir. Android əməliyyat sistemli bəzi telefonlarda hələ çoxdan olan bu yenilik iOS 10 ilə, iPhone istifadəçiləri üçün də təqdim olunacaq.


2. İnteraktiv bildirişlər.

iOS 10 ilə gələn növbəti yeniliklərdən biri interaktiv bildirişlərdir. Sizə gələn bildirişlərin üzərinə bir müddət basıb saxladıqdan sonra, bildirişlərin detalları ortaya çıxır.


3. Sürüşdürmə ilə gələn qısayollar.

iOS 10 ilə birgə gələn yeniliklərdən biri də kilid ekranını sürüşdürən zaman çıxan vidget-lərdir. Bunun sayəsində kilid ekranını açmadan qısa yollar vasitəsilə bəzi funksiyalardan istifadə edə biləcəksiniz.


4. Kilidi açmaq üçün sürüşdürməyə əlvida.

Apple-ın əfsanəsi olan və ilk olaraq iPhone-larda gördüyümüz "Slide to Unlock" artıq tarix oldu. Kilidi açmaq üçün ana menyuya toxunmaq kifayət edəcək.


5. Yeni Xəritələr.

Yenilənən xəritələr ilə artıq "Map" bölməsi daha funksianal və daha rahat bir hal alıb.


6. Şəkillər və Xatirələr.

iOS 10 ilə gələcək xüsusiyyətlərdən biri isə şəkillər üçün hazırlaya biləcəyiniz slaydlardır. Keçmişə səyahət üçün əla seçimdir.


7. Yeni Mesajlar.

iPhone-nun xüsusi mesajlaşma sistemi iOS 10 ilə birlikdə çox böyük yeniliklər alacaq. Artıq təkcə emosiyalar deyil, şəkil, video paylaşmaq və iri emosiyalardan istifadə etmək mümkün olacaq.


8. Salam Widget.

İllərdir Android-dən bizə tanış olan və heç zaman iPhone-larda görmədiyimiz vidget-lər nəhayət ki, iOS 10 ilə birlikdə iPhone-a gəlir.


9. Yenilənən 3D Touch

Keçən il iPhone 6siOS 9 ilə yenilənən 3D touch, bu dəfə daha da inkişaf etdirilmiş bir səviyyədə təqdim olunur.


10. Apple tətbiqlərinə əlvida.

iOS 10 ilə birlikdə gələcək ən önəmli yeniliklərdən biri də yüklü Apple tətbiqlərinin silinməsinin mümkünlüyüdür. Beləcə yaddaşda yer açmaq daha rahat olacaq.



Mənbə: webtekno.com


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×