iOS 10 hansı yeniliklər ilə gələcək?
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
WWDC tədbirinin ən önəmli mövzularından biri sözsüz ki, iOS 10 olacaq. Bəs Apple iOS 10 ilə birlikdə hansı yenilikləri planlaşdırır?
13-17 iyun tarixlərində baş tutacaq WWDC-də təqdim olunacaq yeniliklər barəsində ilkin məlumatları və xəbərləri sizlərlə bölüşürük. WWDC 2016, keçən illərdə olduğu kimi, San Francisco, Kaliforniya’da olan Moscone West Konkress Mərkəzində təşkil olunacaq. Tədbir bir çox developerə ev sahibliyi edəcək. Tədbirdə bəhs ediləcək ən önəmli mövzu sözsüz ki, iOS 10 əməliyyat sistemi olacaq. Apple-ın ilk dəfə olaraq iPhone 7 və iPhone 7 Plus modellərinə yüklü halda təqdim edəcəyi iOS 10 bir çox yenilikləri bərabərində gətirir. Bunlara misal olaraq, Apple Music-də olacaq dəyişikliklər, Apple Pay yenilənməsi, App Store üçün yaxşılaşdırmalar, HomeKit-in inkişaf etdirilmiş versiyası, Siri və Apple News üçün yeni əlavə olacaq xüsusiyyətləri göstərmək olar.
Apple bu dəfə telefonların tətbiqlər menyusunda stok tətbiqlərin gizlədilməsi üçün xüsusiyyəti platformaya daxil edəcək. Bundan əlavə Apple-ın keçən il iOS 9-da təqdim etdiyi News xüsusiyyətinə bu dəfə ödənişli abunəlik kimi funksiya əlavə edəcək. Apple News isə artıq bir çox ölkədə dəstəklənəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)