main-post-cover

    iOS 10 üçün gözlənilmədən gələn Jailbreak!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     

    Bir neçə gün əvvəl yayımlanan və developerlər üçün yüklənmə imkanı olan iOS 10 üçün gözlənilmədən Jailbreak çıxıb.

    Apple-ın bir əvvəl ki, əməliyyat sistemi olan iOS 9 üçün Jailbreak gözlənilsə də hacker-lər bu sistemdə boşluq tapıb Jailbreak edə bilmirdilər. Bu mövzuda Apple təhlükəsizlik baxımından iOS 9 üzərində xeyli əmək sərf etdiyini qeyd edə bilərik. iOS 9-dan əllərini üzən hacker-lər isə bu dəfə 4 gözlə iOS 10-nu gözləyirdilər. Yayımlanandan dərhal sonra iOS 10 Beta 1 üçün Jailbreak yolları axtaran hackerlər görünür buna qısa zaman ərzində nail olmağı bacarıblar.

    iH8sn0w bunu bacarıb.

    Məşhur iPhone hacker-i iH8sn0w Twitter üzərindən etdiyi açıqlamada iOS 10 yüklü iPhone-da Cydia-nı işlətməyi bacardığını yazıb.
     
     
    Hələ təqdimatından bir neçə gün keçməsinə baxmayaraq iOS 10-a Jailbreak edən iH8sn0w bunu sübut etmək üçün video da çəkib. Videoda iOS 10 yüklü iPhone 5-də Jailbreak-ın necə çalışdığını görə bilərsiniz. Bundan əlavə Jailbreak bütün iPhone-larda işləmir. Yalnız 32 bitlik iPhone-ları dəstəkləməsinə baxmayaraq sözü gedən Jailbreak qısa zamanda bütün iPhone-lar üçün təqdim olunacaq.

     



    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər