main-post-cover

    iOS 10.2 Beta 4 yenilənməsi təqdim edildi!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    iOS 10.2 Beta 3-dən sonra təqdim edilən yeni developer yenilənməsi ilə bir çox sistem səhvləri ortadan qaldırılıb. Yavaş-yavaş iOS 10.2-nin son versiyasını təqdim etmək üçün hazırlaşan "Apple”, iOS 10.2 Beta 4 yenilənməsini təqdim etdi.

    Sadəcə developerlər üçün təqdim edilən bu yenilənmədə istifadəçilərin qarşılaşdığı bir çox səhvlər həll edilərək, sistem baxımından vacib yeniliklər edilib. iOS 10.2 Beta 4 ilə yeni emosiyalar da gələn yeniliklərin içərisində yer alır. Əlavə olaraq mesajlaşarkən istifadə edə biləcəyiniz yeni mesaj effektlərinə də sahib ola biləcəksiniz.
    iPhone 7 və iPhone 7 Plus istifadəçilərinin istifadə edə biləcəyi üç yeni ekran şəkili də gələn yeniliklərin arasına yerini alır. Son olaraq da yenilənmə ilə birlikdə kamerada istifadə edə biləcəyiniz yeni xüsusiyyətlərdə Beta 4 yenilənməsi ilə gəlir. 
    Əgər "Apple developer” hesabına sahib iOS 10.2 Beta 4 yenilənməsini iTunes üzərindən yükləyə bilərsiniz. Apple developer hesabına sahib deyilsinizsə buradan qeyd olaraq bir developer ola bilərsiniz.
    iOS 10.2 Beta 4 yenilənməsini iPhone 5, iPhone 5c, iPhone 5s, iPhone SE,iPhone 6, iPhone 6 Plus, iPhone 6s, iPhone 6s Plus, iPad Air, iPad Air 2, iPad 1, iPad 2, iPad 3 , iPad 4, iPad mini 2, iPad mini 3, iPad mini 4, iPad Pro, 9.7 inç iPad Pro, iPod touch 5 və iPod touch 6 modelləri alacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər