
iOS 9-un bütün yenilikləri.
Texnologiya
07.05.2017
Farid Pardashunas
İntellektual funksiyalar
·Sizə lazım olan məlumatı əvvəlcədən
sizə bildirmək.Məsələn bir şey yazmaq istədikdə cümlənin avtomatik tamamlanması. Yollarda
tıxacların sayına görə təyin olunmuş iclas üçün evdən nə zaman çıxmaq xəbərdarlığı.
Günün müxtəlif zamanlarında hansı musiqiləri dinlədiyinizi yadda saxlayıb gələcəkdə
sizə eyni anda eyni musiqiləri təqdim etmək.
·Daha ağıllı SİRİ. Şəkillərini tarix, məkan,
albom adları vasitəsilə axtarın. Siridən xahiş edin proqramlarda nə
axtardığınızı yadınıza salsın.
·Mükəmməlləşdirilmiş Spotlight
axtarışı.
İdman yarışının hesabını, hava məlumatını öyrənin. Sadə riyazı məsələləri həll
edin. Axtarışdan tapdığınız istədiyiniz şəxsə zəng edin və mesaj göndərin.
iPad üçün yeni funksiyalar
·Slide Over. Birinci proqramı tərk etmədən
digərinə keçin. Artıq asanlıqla Slide Over vasitəsilə proqramlar arasında "gəzə”
bilərsiz
·Split View. İki müxtəlif proqramda eyni
zamanda işləyin. Proqramların ekran ölçülərini istəyinizə görə dəyişin.
·Şəkil içində şəkil. Başqa işlərlə məşğul
olduğunuz halda video-nu izləməyə davam edin.
Standart proqramlar
·Maps. Seçilmiş şəhərlərdə və ölkələrdə
ictimai nəqliyyat xəritəsi, martşrutlar və s. dəstəyi. Apple Pay dəstəkləyən
maqazinləri xəritədə artıq asanlıqla tapa bilərsiz.
·Notes. Qeydlərinizə asanlıqla şəkil əlavə
edin. Siyahılar hazırlayıb etdiyiniz işləri qeyd edin. Digər proqramlardan
maraqlı məlumatları 1 hərəkətlə qeydlərinizdə saxlayın
·News. Sevimli jurnal, qəzet və
bloqlarınızın hamısı indi bir yerdə cəmlənəcək. Mükəmməl dizayn, funksionallıq,
animasiya və s. Apple-ın yeni proqramı vasitəsilə siz oxumağı yenidən sevəcəksiniz.
·iCloud Driver. Yeni iCloud Driver
proqramında asanlıqla axtardığınız faylları tarix, ad yaxud taglar vasitəsilə
tapacaqsınız.
Ümumi yeniliklər
·Azaldılmış enerji sərfiyyatı.
·Sistem yenilənmələri artıq
daha az yer tutur.
·Artıq standart proqramlar
Metal APİ-lərindən istifadə edirki buda onların daha sürətli işləməsinə icazə
verir
·Telefonunuz 6 simvollu şifrə
ilə daha güvənli olacaq
·Yeni sistem şrifti
San-Francisco
·Facetime-da cavab verməyən
istifadəçiyə zəngli mesaj saxlamaq özəlliyi
·Yenilənmiş PodCast proqramı
·Wifi Assist funksiyası. Wifi şəbəkəsinin zəif olduğu
yedə avtomatik mobil data ilə internetə bağlanmaq
·Move to iOS. Androiddən iOS
Yeni dillərin dəstəyi
·Yeni PingFang Chinese sistem
şrifti
·Çin dili üçün təkmilləşmiş
QuickType
·Avstriya, Belçika və Norveç
üçün Siri doğma dillərdə
·Meksida Spotlight axtarış
sistemi
Linki kopyala
Həftənin xəbərləri

