main-post-cover

    iOS 9.2

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Apple şirkəti dünən özünün iOS əməliyyat sistemini yeniləyərək 9.2-ni istifadəçilərə təqdim edib. Ətraflı şəkildə yenilənmədə olan dəyişiklikləri nəzərinizə çatdırırıq:
    iOS 9.2
     
    Apple Music-də olan dəyişikliklər:
    • Mahnıları playlistə əlavə edən zaman yeni playlist yaratmaq olar
    • Mahnıları playlistə əlavə etmək istədikdə ən yuxarıda son dəfə dəyişiklik edilmiş playlist görsənir
    • iCloud-dan yüklə düyməsi ilə albomları və mahnıları bir başa iCloud-dan yükləmək
    • Mahnıların və playlistlərin qarşısında yeni yüklənmə işarəsi ilə artıq asanlıqla hansıların mahnıların yükləndiyini izləyə bilərsinir
    Ümumi dəyişikliklər:
    • Mail proqramında daha böyük ölçülü faylları göndərmək üçün Mail Drop funksiyası əlavə olunub
    • iBooks artıq 3D Touch-ı (Peek and Pop) dəstəkləyir
    • USB Camera Adapter ilə foto və videoları bir başa iPhone-a göndərmək imkanı
    • Safarinin stabilliyi artırılıb
    • Podkastların stabilliyi artırılıb
    • Live Photos-un stabilliyi artırılıb
    • iPad-ın kamera rejimində ekran qaralması problemi aradan qaldırılıb
    • Health proqramının stabilliyi artırılıb
    • Zəngli saatın çalmaması problemi aradan qaldırılıb
    • Find my iPhone-a girə bilməmək problemi aradan qaldırılıb
    • Quick Reply funksiyası zamanı klaviaturanın reaksiya sürəti artırılıb
    • Kiril əlifbası ilə URL adresdə Caps Lock ilə yazılma problemi aradan qaldırılıb
    • Siri artıq Ərəb dilini dəstəkləyir
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər