Apple şirkəti dünən özünün iOS əməliyyat sistemini yeniləyərək 9.2-ni istifadəçilərə təqdim edib. Ətraflı şəkildə yenilənmədə olan dəyişiklikləri nəzərinizə çatdırırıq:
Apple Music-də olan dəyişikliklər:
- Mahnıları playlistə əlavə edən zaman yeni playlist yaratmaq olar
- Mahnıları playlistə əlavə etmək istədikdə ən yuxarıda son dəfə dəyişiklik edilmiş playlist görsənir
- iCloud-dan yüklə düyməsi ilə albomları və mahnıları bir başa iCloud-dan yükləmək
- Mahnıların və playlistlərin qarşısında yeni yüklənmə işarəsi ilə artıq asanlıqla hansıların mahnıların yükləndiyini izləyə bilərsinir
Ümumi dəyişikliklər:
- Mail proqramında daha böyük ölçülü faylları göndərmək üçün Mail Drop funksiyası əlavə olunub
- iBooks artıq 3D Touch-ı (Peek and Pop) dəstəkləyir
- USB Camera Adapter ilə foto və videoları bir başa iPhone-a göndərmək imkanı
- Safarinin stabilliyi artırılıb
- Podkastların stabilliyi artırılıb
- Live Photos-un stabilliyi artırılıb
- iPad-ın kamera rejimində ekran qaralması problemi aradan qaldırılıb
- Health proqramının stabilliyi artırılıb
- Zəngli saatın çalmaması problemi aradan qaldırılıb
- Find my iPhone-a girə bilməmək problemi aradan qaldırılıb
- Quick Reply funksiyası zamanı klaviaturanın reaksiya sürəti artırılıb
- Kiril əlifbası ilə URL adresdə Caps Lock ilə yazılma problemi aradan qaldırılıb
- Siri artıq Ərəb dilini dəstəkləyir