Beta mərhələsində olan iOS 9.2.1 versiyasının Jailbreak imkanını verən təhlükəsizlik açıqları ortaya çıxıb. iOS 9.2.1 üçün Jailbrak daha tez gələcək.
iOS 9.1-dən bəri Jailbreak gözləyən istifadəçilərin üzünü güldürən xəbər Luca Todesco adlı xakerdən gəldi. Ötən günlərdə 2. betası yayımlanan iOS 9.2.1 indidən Jailbreak qurbanı olmaq üzərədir. Twitter üzərindən paylaşılan şəkilə görə Cydia-nı iOS 9.2.1 yüklü iPhone 6-ya yükləndiyi açıq aşkar görünür. Bundan əlavə Luca Todesco, daha əvvəl iOS üzərində tapdığı açıqlar səbəbilə Apple tərəfindən mükafatlandırılmışdı. Tapdığı açıq iPhone 4s, iPad 2, iPod Touch və daha yeni cihazlara təsir göstərirdi. Jailbreak istəyən iPhone istifadəçiləri iOS 9.2.1-in final versiyasını gözləmək məcburiyyətindədirlər. Final versiyasının nə vaxt təqdim olunacağı ilə bağlı isə Apple hələ də məlumat verməyib.
Şərh yoxdur