Müasir dövrün ağıllı telefonlarında yaşanan ən böyük problemlərdən biri də, əməliyyat sisteminə gələn yeniləmələr zamanı baş verən tutulmalar və əvvəl ki, versiyaya nisbətən daha ağır işləmələridir. İnsanlar 4 gözlə yeniləməni gözlədiyi halda mobil telefon istehsalçıları çox bərbad yeniləmələr təqdim etməklə istifadəçilərin onlara olan inamını itirir. Məsələn: LG bütün model flaqman telefonlarına Android 6.0 Marshmallow yeniləməsini göndərdi, lakin bütün LG-lərdə bu bir o qədər də uğurlu alınmadı. Telefonda yaşanan donmalar əlavə bug-lar istifadəçilərin əsəblərini yoxlamaqdan başqa bir işə yaramadı. Bu günədək, xüsusən iOS 7 sisteminə qədər istifadəçilərini həmişə razı salmağı bacaran Apple iOS 7-dən sonra demək olar hər yeniləmədə problemlərlə üzləşir. Son olaraq iOS 9.1-də istifadəçilərinin ümidlərini puça çıxaran Apple iOS 9.2-nin ardından 9.3 beta versiyanı təqdim edib. Belə bir vəziyyətdə bu yeniləməni etmək nə dərəcədə doğrudur desəz, bu videoya baxa bilərsiniz:
Şərh yoxdur