iOS üçün Facebook tətbiqi yeniləndi!
Sosial Media
07.05.2017
Farid Pardashunas
iOS üçün Facebook tətbiqinə gələn böyük yenilənmə, istifadəçilərə bir çox yeni xüsusiyyətlər təqdim edir. Facebook ilə artıq yemək sifarişi belə edə bilərsiniz.
"Facebook”, iOS tətbiqi üçün mühüm bir yenilənməni həyata
keçirdi. Yenilənmə ilə birlikdə ətraflı bir dəyişiklik siyahısı da paylaşan
şirkət, bütün yeni və inkişaf etdirilmiş xüsusiyyətləri vurğuladı.
Yenilənmə ilə birlikdə bir şey satın almaq və ya bir yerə
getmək istəyən Facebook istifadəçilərinə, həyatı asanlaşdıracaq yeni xüsusiyyətlər
gəldi.
Restorandan sifariş verin
Yenilənmə ilə birlikdə, yemək sifariş etmək istədiyiniz
restoranın Facebook səhifəsindən evinizə sifariş verə biləcəksiniz. Təbii ki,
bunun üçün restoranın Facebook səhifəsi üzərində sifariş qəbul edir olması mütləqdir.
Kino və ya fərqli tədbirlərə maraq göstərən istifadəçilər
üçün də maraqlı xüsusiyyətlər var
Artıq Facebook səhifələr və Fandango vasitəsilə bilet alına biləcək.
Ticketmaster və Eventbrite iş ortaqlığınında inteqrasiya
edildiyi yenilənmədən sonra, istifadəçilər artıq tədbir biletlərini birbaşa
Facebook üzərindən ala bilərlər.
Bir başqa vacib yenilənmə də rezervasiya etmək xüsusiyyətinin
əlavə edilməsidir. Bu yenilik vasitəsilə spa və ya masaj salonuna gedəcək biri,
Facebook vasitəsilə uyğun mərkəzin səhifəsindən rezervasiya üçün saat təyin edə
biləcək.
Facebookun paylaşdığı məlumatlara görə ilkin olaraq ABŞ istifadəçilərinə təqdim edilən yenilənmə, bir neçə gün içərisində dünyanın hər yerindən olan istifadəçilər üçün paylaşılacaqdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ