
iOS və Android arasındakı fərqlər və onların üstün tərəfləri
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Ağıllı telefonların ən çox mübahisələrə səbəb olan tərəflərindən biri də onun əməliyyat sistemi ilə əlaqəlidir. Bu yazıda sizə iOS və Android arasında olan fərq və üstünlükləri təqdim edəcəyik.
1. Təhlükəsizlik
iOS, Androidlə müqayisədə daha təhlükəsiz
hesab olunur. Çünki bütün tətbiqlər, musiqilər, fayllar özünəməxsus proqramla həyata
keçirilir. Amma bunun da mənfi tərəfləri mövcuddur. Belə ki, öz kompüterinizdən
başqa bir kompüterdə məlumat yollamağınız gərəkdiyində bu proqramları endirməyiniz
tələb olunur. Bu mövzuda iOS sadalanan xüsusiyyətlərə görə öndə yer alır.
2. Tətbiqlərin müxtəlifliyi
Android istifadəçiləri üstünlük təşkil
etdiyi üçün Android tətbiq paketləri də sürətlə artmaqdadır. Mənfi tərəfi isə
aralarında virus daşıyan proqramların yer almasıdır. Belə olan halda şəxsi məlumatların
ələ keçməsi qaçınılmazdır. Android istifadəçisisinizsə, yalnızca tam əmin
olduqlarınızı seçməlisiniz. iOS-da isə Android-də olan bir çox təhlükəsiz tətbiq
mövcuddur, burdakı fərq isə Android-də belə proqramların çeşidinin çox olması
ilə əlaqəlidir. Bu halda Android daha əlverişli hesab oluna bilər.
3. İstifadə
Android telefonlarda əsasən birdən çox ana
ekran mövcuddur. Bu ekranlara kompüterin stolüstüsü kimi "Widget” deyilən qısa yollar əlavə oluna bilər və menyuya müraciət
etmədən tətbiqləri birbaşa açmaq şansınız var. iOS-da isə texnologiya haqda az
təsəvvürü olan insanlar belə asanlıqla istifadə edə bilərlər. Tətbiqin hamısının
ekranda yerləşməsi işi asanlaşdırır. Bu vəziyyətdə seçimi sizə buraxırıq.
4. Performans
Android sistemi Linux üzərində çalışan bir sistem olduğundan məlumatları işləməsi
iOS qədər sürətli olmaya bilər. Burda xətalar, donma kimi problemlər yaşana
bilir. Burda doğru seçim təbii ki, iOS olması daha məntiqlidir.
5. Seçimlərdə sərhədlər
Android-in ən yaxşı tərəfi cihazda bir çox
tənzimləmələrin olmasıdır. Məsələn, ekranın parlaqlığını cihazın qoyduğu həddən
artıq və ya əksik edə bilərsiniz. Amma iOS tamamilə qapalı sistemdir. Bu seçimdə
də Android seçimi daha məntiqlidir.
6. İstifadə limiti
iOS yalnızca Apple cihazlarında mövcud olan
əməliyyat sistemi olduğu halda, Android ən aşağı səviyyəli telefondan ən yüksək
səviyyəli cihaza qədər bir çox fərqli telefon növlərində istifadə olunur.
7. Yenilənmələr
iOS, istifadəçisinin tələbləri nəzərə
alınaraq davamlı yenilənən sistem olduğundan Android-dən daha üstün hesab
olunur.
8. Çoxlu pəncərə
Xüsusilə tabletdən çox istifadə edənlərin ən
sevdiyi Android xüsusiyyəti onun çoxlu pəncərəyə sahib olmasıdır. Bu sayədə bir
çox tətbiqə eyni anda baxa bilərsiniz. Bu xüsusiyyət iOS-da yer almır. Deməli,
bu seçimdə də Android daha üstündür.
9. Kompüterdən tətbiq endirmə
Telefonunuzda internet paketinizin olmadığı
hallarda interneti olan bir kompüterdən Google
Play Store-a daxil olub, tətbiqi daha sonra telefonunuza ata bilərsiniz.
iOS-da isə bu ancaq telefon vasitəsilə mümkündür. Deməyə gərək yoxdur, amma yenə
də bildirək ki, Android bu mövzuda da iOS-u arxada qoyur.
10.Proqramları birlikdə bağlamaq
Ən son istifadə etdiyiniz, arxa planda
çalışan tətbiqləri iOS-da tək-tək bağlamağa məcbur olduğunuz halda Android-də
hamısını bağla seçimi ilə işi həll edə bilərsiniz. Başqa sözə ehtiyac duymadan
deyə biləcəyimiz yenə də Android.
11. Paylaşma
Şəkil, musiqi və s. məlumatlarınızı başqa tətbiqlərdə
paylaşımınızı iOS sadəcə bəzi tətbiqlərə icazə verərkən, Android bir çoxunda
buna əngəl tanımır. Nə deyək daha YAŞASIN ANDROİD.
Amma təbii ki, seçim yenə sizindir. iOS olmasa
Android-in heç bir xüsusiliyi bilinməz.
Linki kopyala
Həftənin xəbərləri

