main-post-cover

    iOS’dəki boşluqdan istifadə edərək iPhone\'u sürətləndirin

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Reddit istifadəçilərinin tapdığı boşluq, iOS’in iPhone’ların daha sürətli işləməsinə şərait yaratdığını ortaya çıxarıb.

    Adətən əməliyyat sistemində boşluq olanda cihazın işləməyinə çətinlik törədir. Amma Reddit istifadəçisinin iOS’də tapdığı boşluq, iPhone’ların əvvəlkinə nisbətən daha sürətli işləməsinə şərait yaradır.

    iOS’də Accessibility menyusunun altında yerləşən ‘Hərəkəti Azalt’ funksiyası normal halda tamamilə silinə bilmir. Bəhs etdiyimiz bu boşluq isə animasiyaları tamamilə silməyə imkan verir.

    Bəs bu nə işə yarayır ? İnterfeysdə menyular arası keçid etdikdə yalnız ’keçid effekti' qalır, amma animasiyalar olmur. Bu da keçid zamanı cihazın ilişmədən, donmadan sürətli keçid etməsinə şərait yaradır.

    Bu boşluqdan istifadə edərək iPhone’unuzun daha da sürətli işləməsini istəyirsinizsə aşığıdakı əməliyyatları ardıcıl olaraq etməlisiniz.
     
    iOS cihazınızda Settings > General > Accessibility menyusuna daxil olun.

    AssistiveTouch'ı aktiv edin.

    Əsas menyuya geri qayıdın.

    AssistiveTouch'u əsas menyunun sağ küncünə çəkin.

    Əsas menyuda barmağınızı yuxarı aşağı çəkərək spotlight axtarışını açıb - bağlayın. (20 dəfə təkrar edin, assistive touch klaviaturanın üst küncü ilə ekranın sağ alt küncü arasında hərəkət edəcək.)

    Əsas menyuya geri qayıdın.

    Settings'ə girin.

    AssistiveTouch'u deaktiv edin.

    Reddit istifadəçisinin dediyinə görə bu boşluqdan, iOS 9 versiyası yüklənilən cihazlarda istifadə etmək mümkündür. Aşağıda paylaşdığımız video, iPhone’un interfeys keçidlərində doğrudan da çox sürətli olduğunu göstərir.
     
    Video:


    Linki kopyala