iOS’dəki boşluqdan istifadə edərək iPhone 'u sürətləndirin

iOS’dəki boşluqdan istifadə edərək iPhone 'u sürətləndirin

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Reddit istifadəçilərinin tapdığı boşluq, iOS’in iPhone’ların daha sürətli işləməsinə şərait yaratdığını ortaya çıxarıb.

Adətən əməliyyat sistemində boşluq olanda cihazın işləməyinə çətinlik törədir. Amma Reddit istifadəçisinin iOS’də tapdığı boşluq, iPhone’ların əvvəlkinə nisbətən daha sürətli işləməsinə şərait yaradır.

iOS’də Accessibility menyusunun altında yerləşən ‘Hərəkəti Azalt’ funksiyası normal halda tamamilə silinə bilmir. Bəhs etdiyimiz bu boşluq isə animasiyaları tamamilə silməyə imkan verir.

Bəs bu nə işə yarayır ? İnterfeysdə menyular arası keçid etdikdə yalnız ’keçid effekti\' qalır, amma animasiyalar olmur. Bu da keçid zamanı cihazın ilişmədən, donmadan sürətli keçid etməsinə şərait yaradır.

Bu boşluqdan istifadə edərək iPhone’unuzun daha da sürətli işləməsini istəyirsinizsə aşığıdakı əməliyyatları ardıcıl olaraq etməlisiniz.
 
iOS cihazınızda Settings > General > Accessibility menyusuna daxil olun.

AssistiveTouch\'ı aktiv edin.

Əsas menyuya geri qayıdın.

AssistiveTouch\'u əsas menyunun sağ küncünə çəkin.

Əsas menyuda barmağınızı yuxarı aşağı çəkərək spotlight axtarışını açıb - bağlayın. (20 dəfə təkrar edin, assistive touch klaviaturanın üst küncü ilə ekranın sağ alt küncü arasında hərəkət edəcək.)

Əsas menyuya geri qayıdın.

Settings\'ə girin.

AssistiveTouch\'u deaktiv edin.

Reddit istifadəçisinin dediyinə görə bu boşluqdan, iOS 9 versiyası yüklənilən cihazlarda istifadə etmək mümkündür. Aşağıda paylaşdığımız video, iPhone’un interfeys keçidlərində doğrudan da çox sürətli olduğunu göstərir.
 
Video:



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×