

Apple’ın yeni nəsil iPad tableti üçün iddia edilən xüsusiyyətlər mobil sektordan indidən böyük həyəcan yaradır. DigiTimes’ın xəbərinə görə, General Solution və TPK Holding’in mühəndislərinin hazırladığı "iPad Air 3” 4K ekran və 4GB RAM ilə birlikdə gələcək. Əlavə olaraq daha əvvəl cihazın 4 ədəd dinamiklə gələcəyi iddia olunmuşdu. iPad Air 3’ün kiçildilmiş iPad Pro olaraq qarşımıza çıxması təxmin olunur. Hələlik başqa məlumatlar mediada yer almayıb. Amma yeni nəsil teblet Mart ayında rəsmi olaraq açıqlana bilər.
Şərh yoxdur