iPhone 5, 5S və SE modellərini 20 dollara iPhone 6 'a çevirin

iPhone 5, 5S və SE modellərini 20 dollara iPhone 6 'a çevirin

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

 
Apple\'ın yeni iPhone SE modelini ya da eyni dizayna malik iPhone 5 və iPhone 5S modellərini yeni dizayn ilə iPhone 6 kimi göstərmək istəyənlər üçün möhtəşəm üsul ortaya çıxıb.

Bildiyiniz kimi Apple\'ın hal-hazırda mobil sahədəki ən son modeli iPhone SE\'dir. iPhone 6 və sonrasındakı modellərində 4 düym\'lə vidalaşan şirkət, istehlakçıların iPhone\'un klassik 4 düym\'lük modellərinə olan marağını nəzərə alaraq, texniki xüsusiyyətləri ilə iPhone 6S\'ə çox oxşayan bir iPhone 5S təqdim etdi deyə bilərik.

Dizayn olaraq iPhone 6 və sonrasındakı modelləri sevən, həmçinin 4 düym iPhone istifadə etmək istəyən bir çox insan var. Ya da iPhone SE\'nin dizayn  cəhətdən 5 və 5S modellərinə oxşaması, görənlərin SE deyil 5 və ya 5S olduğunu fikirləşəciyi üçün almaqdan çəkinənlər var. (Yəni yeni telefon alıb deyə, köhnəsi kimi görünməyini istəmirlər.)
 

Bu insanlar üçün Çində istehsal edilən xüsusi korpus vasitəsilə iPhone 5, iPhone 5S ya da iPhone SE telefonunuza iPhone 6 və iPhone 6S görüntüsü vermək mümkündür. Təxmini 20 dollara AliExpress kimi saytlarda satılan bu korpuslar vasitəsilə telefonunuzu iPhone 6 və ya iPhone 6S modelinə çevirmək üçün telefon ustasına və ya telefon təmiri mərkəzlərinə aparmağa ehtiyac yoxdur.
 
Çünki, alacağınız korpusu, iPhone\'nun bütün şuruplarını açaraq, korpusu tamamilə söküb yeni korpusa diqqətli şəkildə yerləşdirmək kifayətdir.
 


Təsəvvür edək ki, bu işin öhdəsindən gəldiniz. Artıq telefonunuzun daha həssas olduğunu xatırladaq. Çünki, bu korpuslar iPhone 6 və ya iPhone 6S korpusu qədər dayanıqlı deyil. Amma iPhone 5 və ya 5S sahibi olub "Onsuzda telefonu dəyişdirəcəm, dəyişdirmədən bu üsulu yoxlayım" deyənlər üçün yaxşı üsuldur.
 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini hack etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: Günlərin birində Tesla , Apple dan daha bahalı şirkət olacaq ..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×