main-post-cover

    iPhone 5se-nin sxematik şəkilləri ortaya çıxdı !

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Xatırladığınız kimi bu ayın əvvəllərində Apple-ın yeni modelləri olan iPhone 5se və iPad Air 3-ü təqdim edəcəyi tədbirin tarixi müəyyən olmuşdu. Bununla da Apple-ın cihazlarını Martın 15-i keçirəcəyi xüsusi bir tədbirdə təqdim edəcəyini öyrənmişdik.Bundan əlavə hamı yeni iPhone modelini səbirsizliklə gözləyirdi.
    Bu gözləmə davam edərkən bu gün iPhone 5se ilə əlaqəli sızdırılmış şəkillər ortaya çıxdı. Bu gün @OnLeaks iPhone 5se modelinin sxematik şəkillərini mediaya sızdırdı. Yeni şəkillərdə görünür ki, bu model iPhone 6 modelinə çox oxşayır. Şəkilləri sızdıran şəxs haqqında heç bir məlumat yoxdur amma güman edilir ki, bu şəxs Apple-ın təchizat hazırlayıcı qrupunda işləyir. Verilən məlumata iPhone 5se-nin ölçüləri 123.9mm x 58.7mm x 7.6mm formasında olacaq. Verilən digər məlumata görə iPhone 5se modeli A9 prosessoruna malik olacaq və 64GB yaddaşa sahib olacaq.

    Bu da həmin görüntülər;


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər