Apple’ın 15 Mart tarixində elan edəcəyi cihazların satış tarixi bəlli olub.
9to5Mac saytının verdiyi məlumata görə iPhone 5se və iPad Air 3 rəsmi bəyan olunduqdan 3 gün sonra, yəni 18 Mart tarixində rəsmi olaraq satışa çıxarılacaq. Məhsulların həm fiziki, həm də online mağazalardan alınması mümkün olacaq. Belə sürətli satış prosesi Apple tarixində bir ilk olacaq.
iPad Air 3, iPad Pro’nun kiçik versiyası olaraq adlandırıla bilər və iPad Air 2’nin yerini almağa hazırlaşır. 4 ədəd dinamik, Smart Connector bağlantı arxitekturasına və arxa flaşa sahib olacağı gözlənilən yeni planşet, iPad ailəsinin ortasında yerləşdiriləcək.
iPhone 5s kimi dizayna malik, iPhone 6 kimi şüşə ekrana sahib olacağı söylənilən Apple iPhone 5se isə 4-inçlik ekranı ilə təqdim olunacaq və gücünü A9 prosessordan alacaq. Touch İD barmaq izi sxeması da bu telefonda olmuş olacaq.
Apple 15 Mart tarixində yeni proqram yeniləmələrini də tanıda bilər.
Şərh yoxdur