main-post-cover

    iPhone 6 + Jailbreak = iPhone 6S

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
    Təbii ki, yeni iPhone 6s və 6s Plus iOS 9-un məhz bu telefonlar üçün eksklyuziv olan funksiaları ilə satışa çıxdı. Buna misal olaraq 3D Touch və Live Photos-u göstərə bilərik. Bu gün sizlərə köhnə model iPhone-larını pulsuz olaraq yeni 6s-ə çevirməyi öyrətməyə çalışacıq. Bildiyiniz kimi Jailbreak ildən ilə daha da təkmilləşərək standart halda iOS əməliyyat sistemində olmayan funksiyaları aktiv etməyə istifadəçilərə kömək edir. Eyni şey iOS 9 üçün Jailbreakın işıq üzü görməsi ilədə baş verdi.
     
    iPhone 6 + Jailbreak = iPhone 6S
     
     
    Yeni Forcy twiki sizlərə 3D Touch –ı köhnə modellərdə aktiv etməyə kömək edəcək. Bunun üçün siz proqram ikonunu yuxarı sürüşdürərək yeni menyunu aça bilərsiniz. Əgər swipe-ı bəyənmirsizsə ayarlarda bu üsulu dəyişə bilərsiniz.
     
    iPhone 6 + Jailbreak = iPhone 6S
     
     
    Canlı şəkillər çəkməyə isə sizə Flex tviki kömək edəcək. Siz bu tvik vasitəsilə ekranın üstündə barmağınızı saxlamaql köhnə model telefonunuzla canlı şəkillər çəkə biləcəksiniz.
    Təbii ki jailbreak vasitəsilə sizin telefonunuz yeni A9 prossesoru və 4K çəkən kamera ilə təchiz olunmayacaq. Lakin böyük ehtimal ilə 1000 azn-dən çox pulunuz cibinizdə qalmaqla flaqman smartfonların funksiyalarını öz əlinizdə olan telefonda istifadə edə bilərsiniz
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər