main-post-cover

    iPhone 6 Plus adamın cibində yandı!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Ağıllı telefonlar insanların vaz keçilməz bir parçası olsa da, təhlükəli olduqları da reallıqdır. Son illərdə bir neçə dəfə ağıllı telefonların yanması və partlaması barədə xəbərlər çıxıb. İndiyə qədər gələn məlumatlarda bir insanın öldüyünə və bir evin yandığına şahid olduq. Xüsusilə, ağıllı telefonların vücuda yaxına saxlanılması yanma və ya partlama anında bədənə böyük xəsər yetirir. WSB-TV Atlanta’dan gələn yeni xəbərə görə bir insan iPhone 6 Plus’ın cibində yanmağa başlamasından sonra insan sıxlığının çox olduğu Home Depot avtoparkında şalvarını çıxarmaq məcburiyyətində qaldı.
    1449339748_atlanta-mans-iphone-6-plus-catches-fire-2.jpg

    Rocky adlı bu insanın dediyinə görə, şalvarının cibində isinmə hiss edib, daha sonra çıxan dumanı gördükdən sonra şalvarı çıxarmağa məcbur qalıb. Rocky yalnızca şalvarı çıxartdığı an keçirdiyi utanc hissindən başqa hadisədən xəsər almadan canını qurtarıb. Rocky bu yanğından sonra Apple’dan yeni bir telefon aldı, amma hələ də xoşbəxt olmadığını söyləyir. Bunun səbəbi isə hadisə zamanı bütün insanların diqqətinin onun üzərində olmasıdır.
    1449339789_atlanta-mans-iphone-6-plus-catches-fire-5.jpg

    Linki kopyala